"Tək kuboka köklənməmişik"

05.04.2021 | 3270 dəfə oxunub

“Çalışdıq ki, fasilədən yaxşı istifadə edək. Milli üzvləri bizdən kənarda olsa da, fikrimiz bugünkü oyuna bağlı idi”. 

Stadium.az xəbər verir ki, bu sözləri “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 21-ci turunda "Qarabağ"la keçirilən görüşdə sonra mətbuat konfransında deyib. O, 1:1 hesabı ilə başa çatan matçı belə şərh edib: “Qarabağ” topa nəzarət edir, rəqibə psixoloji təsir edir. Oyundan qopmadılar. Mübarizə apardılar. İstəyərdik qalib gələk. Təəssüf ki, sonda qapımızda qol gördük. Oyunçularda qələbəyə inamı hiss edirdim. Kamaranın zədələnərək əvəzlənməsi planları pozdu. O, millidən də yorğun dönmüşdü. Həmişə pressinq etməyə çalışırdıq. Amma “Qarabağ”a qarşı sıx oynamağa üstünlük verdik. Qol imkanlarımız oldu. Taktikanı rəqibə görə seçmişdik. Hücumda oynamaq istəsək də, rəqibə görə düzgün oynamağa üstünlük veririk. Son dəqiqələrdə buraxılan qol həmişə məyusluq gətirir. Lakin futbolçulara təşəkkür etdim ki, oyundan qopmadılar. Biz psixoloji cəhətdən güclü olmalıyıq. Qarşıda 7 tur və kubok oyunları var. Futbolçuların meydanda can qoyduqlarını rəhbərlik də görür. Daim yanımızdadırlar. Tək kuboka köklənməmişik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail