Elmar Baxşıyev: "Məni kədərləndirən..."

10.04.2021 | 3534 dəfə oxunub

"Oyunun belə ağır keçəcəyini əvvəlcədən bilirdik. Rəqibimiz çempionluğa oynayan komandadır. Heyətində keyfiyyətli futbolçular var. Bizim də öz planımız var idi. Matç dinamik alındı. Hər iki komanda müdafiə yox, hücum futbolu sərgilədi. Görüşün nəticəsini ədalətli hesab etmək olar".

Stadium.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqansının 22-ci turunda evdə "Neftçi"  ilə 2:2 hesablı heç-heçə ilə yekunlaşan oyundan sonra mətbuat konfransında deyib.

O bildirib ki, istəyi komandasının hücum edə-edə müdafiə olunması idi: "Udanda, uduzanda və ya heç-heçə edəndə futbolçularımın deyilənləri icra etdiyini görürəmsə, bundan məmnun oluram. Məni kədərləndirən onların deyilənləri meydanda icra etməməsidir. Yaxşı futbol oynayırıq, komandadan razıyam".

Baxşıyev hakimlik barədə daha geniş danışmayacağına söz verdiyini söyləyib: "Futbolda emosiyalar yüksək həddə olur. Kənarda emosional görünməyimiz təəccüblü görünməsin. Çünki komandanın məsuliyyətini özümüz daşıyırıq".

Baş məşqçi oyunu buraxan Nikolas Rayselin zədəli olduğunu vurğulayıb: "Növbəti matçlarda onun xidmətindən yararlana biləcəyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail