Ayxan Abbasov: "Bu gün kuboku düşünməyə vaxtımız yoxdur" - MÜSAHİBƏ
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 22-ci turunda “Qarabağ”a 1:4 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Çətin oyun oldu. Belə də gözləyirdik. Qarşıda bizi çətin oyunlar gözləyir. Ruhdan düşmək olmaz. Bu gün qol epizodları yaratmağa nail olurduq. Fasiləyə bərabərliklə yollanmaq istəyirdik. Amma bu gün hakimin kobud səhvi oldu. İlk qolda Vüqar Mustafayevə qarşı kobudluq oldu, görmədilər. Hakimləri oyuna aqressiv hazırlayırlar. Xüsusən də, dördüncü hakimləri başa düşə bilmirəm. Baş məşqçiyə hərəkət etmək imkanı vermirlər. Bu gün də hakimlikdən narazı qaldıq. Avropaya baxıb öyrənsinlər. Dördüncü qolda da ofsayd var idi. Öz oyunçularımın da ötürmələrdə səhvləri oldu. Əli Qurbaninin zədələnməsi də planlarımızı pozdu. “Qarabağ” isə səhvlərdən istifadə edən komandadır.
- Bəzi oyunçularınızın zəif təsir bağışlaması yorğunluqla bağlı idi?
- Murad Xaçayevin zədəsi var idi, amma risk edib meydana buraxdıq. Sonradan axsadı. Vüqar Mustafayevin xəstəliyi var idi, bir məşq edib oyuna çıxmışdı. Məşqi az edən futbolçuların tempə ayaq uydurmamaları normaldır.
- Qarşıdakı matçlarda heyətdə dəyişikliklər planlaşdırırsınız?
- Bütün futbolçularıma güvənirəm. Rotasiyalarımız olacaq. Qarşımıza mütləq avrokuboklara çıxmalıyıq məqsədi qoyulmayıb. Məqsədimiz mübarizə aparmaqdır. Bu periodda zədələnməmək önəmlidir. Bu üzdən dəyişikliklər etməyə məcburuq.
- “Sumqayıt” evdə “Qarabağ”a qarşı ən yaxşı oynayan komandalardan biridir. Bəs səfərdə bunu davam etdirməmək nə ilə bağlıdır?
- “Qarabağ” bu stadionda yaxşı çıxış edir. Statistikaya fikir verməmişəm. “Tofiq Bəhramov”da bərabərə qaldığımız vaxtlar olub. “Qarabağ” və “Neftçi”nin səviyyəsi göz qabağındadır.
- “Qarabağ”la ölkə kubokunda da üz-üzə gələcəksiniz. Bu gün həmin oyunlar üçün hansı qeydləri götürmüsünüz?
- Biz bu oyuna çox detallı hazırlaşmışdıq. “Qarabağ”, bəlkə də, çempionatın ən yaxşı komandasıdır. Həm müdafiədə, həm də hücumda pressinq edir. Kubok oyunu tam başqa olur. “Zirə” və “Qəbələ” ilə çox çətin iki çempionat oyunumuz da var. Bu gün kuboku düşünməyə vaxtımız yoxdur.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |