Samir Abbasov: "Görək, başımıza nələr gəlir"

18.04.2021 | 4746 dəfə oxunub

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 23-cü turunda “Zirə”yə 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyunboyu emosional görünürdünüz. Ehtiyat etmirdiniz ki, bu hal komandaya mənfi təsir edə bilərdi?

- Futbolçularımı təbrik edirəm. Uzun sözün qısası, yolumuza davam edirik. 4:0 hesabı ilə qalib gəlmişiksə, deməli, müsbət təsir etdi. Azarkeşlərimiz mənə irad tuturdular ki, əvvəlki komandalarda aqressiv idin, niyə burada sakitsən? Oyun da pis keçmədi. "Zirə" çox yaxşı komandadır. Baş məşqçiləri çox qısa müddətdə böyük işlər görüb. Bizi həftə ərzində çox fikirləşməyə vadar etdi. Bu gün istənilən hesab ola bilərdi. Əsas odur ki, yaxşı oynadıq. 4:0 "Zirə"nin gücünü göstərən hesab deyil. Emosional olmağım "Zirə"dən ehtiyatlanmağımdan irəli gəlirdi. Oyunçularımızı bu tempdə saxlamaq önəmlidir. Ramazan ayıdır, oruc tutan futbolçularımız çoxdur. Bütün bu amilləri, rəqibləri nəzərə almalıyıq. Görək, başımıza nələr gəlir.

- "Zirə" ilə buna qədərki oyunlarınız alınmırdı. Bu dəfə nəyi dəyişdiniz?

- Fikrimcə, elə çox dəyişiklik etməmişdik. Bundan əvvəlki görüşlərdə də pis çıxış etməmişdik. Bu gün sadəcə, daha səbirli, ehtiyatlı oynadıq. Bugünkü qələbənin açarı məncə, səbirli oynamağımız oldu. Bilirdik ki, şans qazanacağıq.

- Razısınız ki, bu, "Neftçi"də ən yaxşı oyununuz oldu?

- Bəli, "Neftçi"dəki ən yaxşı oyunum idi. "Qəbələ" ilə bundan əvvəlki görüşdə daha çox qol vəziyyəti yaratmışdıq. Sadəcə, tələsirdik. Qəbələdə də istəkli idik. Fərq onda idi ki, bu gün sanki mexanizm oynayırdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail