Canni de Byazi: "Mövsüm yeni bitdiyi üçün futbolçularım yorğun idi"

07.06.2021 | 4253 dəfə oxunub

“Səfərdə 3 oyun keçirdik, ikisində uduzduq.  Matçın əvvəlində buraxdığımız qol planlarımızı pozdu".

Stadium.Az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Moldova ilə keçirilən yoldaşlıq görüşündən sonra mətbuat konfransında deyib. 

İtaliyalı mütəxəssis 0:1 hesablı məğlubiyyəti belə şərh edib: "Standart vəziyyətdən qol buraxdıq. Sona qədər mübarizə apardıq. Mövsüm yeni bitdiyi üçün futbolçularım yorğun idi. Standart vəziyyətdən rəqibin təhlükəli olduğunu bilirdik. Uzun boylu oyunçuları var".

De Byazi yaxşı nəticə üçün keyfiyətin çatmadığını bildirib: "Belarusla qarşılaşmada 6 əvəzləmə oldu. Sonradan meydana daxil olanlar bizə kömək elədilər. Bu gün bu alınmadı. Oyunda 64 faiz topa sahib idik. Amma keyfiyyət çatmadı. Ötürmələrdə çox səhvə yol verdik. Bəzi anlardan daha yaxşı istifadə etməliyik. Necə ki, Moldova bunu etdi. Hətta bəzən vaxt aparmaq mənasında da".

De Byazi zədələnərək meydanı tərk edən Bədavi Hüseynovun durumu haqda deyib: "Dizində zədə var. Amma hələ dəqiq bilinmir. Bir qədər gözləməliyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail