Rövnəq Abdullayev Olimpiyadaya gedəcək cüdo milli komandasını qəbul edib

13.07.2021 | 5855 dəfə oxunub

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Yaponiyanın Tokio şəhərində keçiriləcək Olimpiya Oyunlarında iştirak edəcək cüdo üzrə milli komandamızın üzvləri və məşqçi heyəti ilə görüşüb. 

Stadium.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, Rövnəq Abdullayev Azərbaycan prezidenti İlham Əliyevin hər zaman idmana və olimpiya hərəkatına göstərdiyi diqqətin dəfələrlə Beynəlxalq Olimpiya Komitəsi, ümumdünya idman təşkilatlarının rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Federasiya prezidenti Tokio olimpiadasında ölkəmizi təmsil edəcək 9 cüdoçunun Azərbaycanın idman şərəfini ləyaqətlə qoruyacaqlarına ümidvar olduğunu söyləyib.   Sonra kişilərdən ibarət milli komandanın baş məşqçisi Ruslan Maşurenko, məşqçi Elxan Məmmədov çıxış edərək cüdoçularımızın ötən müddət ərzində bütün nüfuzlu beynəlxalq yarışlarda mübarizə apardıqlarını, dünya və Avropa çempioanatı, "Böyük Dəbilqə", Qran-Pri" turnirlərindən vətənə medallarla qayıtdıqlarını vurğulayıb. Məşqçilər ötən bu dövr ərzində dünyanın müxtəlif ölkələrində və respublikamızda cüdo üzrə milli komandamızın təlim-məşq toplanışlarının yüksək səviyyədə təşkil olunduğunu qeyd ediblər. Qadınlardan ibarət cüdo üzrə milli komandamızın baş məşqçisi Rəşad Məmmədov nüfuzlu yarışa hazırlıq barədə məlumat verib.   Mütəxəssis cüdoçularımızın olimpiada da layiqli nəticələr göstərmək üçün əllərindən gələni edəcəklərni vurğulayıb.

Millinin kapitanı Nicat Şıxəlizadə, Rio Olimpiadasının gümüş mükafatçısı Rüstəm Orucov və qadın cüdoçumuz Aişə Qurbanlı onlara göstərilən qayğıya görə federasiya rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Görüşdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidentləri Mikayıl İsmayılov və Sadıq Sadıqov baş katib Elmar Babanlı iştirak edib. Sonda xatirə şəkli çəkdirilib.  

Qeyd edək ki, ölkəmizi Tokio Yay Olimpiya Oyunlarında 9 cüdoçu - Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73kq), Murad Fətiye (81 kq), Məmmədəli Mehdiyev (90kq), Zelim Kotsoyev (100kq), Kokauri Uşangi (100+kq), Aişə Qurbanlı (48 kq) və İrina Kindzerska (+78 kq) təmsil edəcək. Cüdoçularımız Tokioya İyulun 14-ü və 18-də gedəcəklər. Olimpiya Oyunlarında cüdo yarışları iyulun 24-dən 31-dək keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail