Tokio:2020: Rüstəm Orucov bürünc də qazana bilmədi - YENİLƏNİB

26.07.2021 | 5001 dəfə oxunub

Bu gün Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Stadium.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Tokio-2020-dəki bayraqdarlarından biri olan idmançımız ilk olaraq 1/16 final mərhələsində rusiyalı Mua Moquşkovla qarşlaşıb. 

Vazari ilə qalib gələn Rüstəm Orucov 1/8 finala yüksəlib.

O, bu mərhələdə Somon Makhmadbekovla (Tacikistan) görüşüb. Orucov bu qarşılaşmada da vazari ilə qələbə qazanaraq 1/4 finala adlayıb. Bu mərhələdə cüdoçumuz Yaponiya idmançısı, Rio-2016 Olimpiya Oyunlarının qalibi və 6 dəfə dünya çempionu olan Ono Şohei ilə üz-üzə gəlib.
 
Rio-2016-nın və 2019-cu il dünya çempionatının finalında Olimpiya gümüş mükafatçımız Orucov məhz Ono Şoheiyə uduzub. İdmançımız bugünkü qarşılaşmada da məğlubiyyətə uğrayıb (ipponla). O, təsəlliverici görüşdə iştirak edəcək. Bürünc medal uğrunda görüş üçün vəsiqə uğrunda onun rəqibi Kosovo idmançısı Akil Gjakova olacaq. 

Təsəlliverici, yarımfinal, bürünc medal uğrunda görüşlər və final Bakı vaxtı ilə saat 12.00 - 14.50 arasında keçiriləcək.


***

Rüstəm təsəlliverici görüşdə iştirak edib. Onun rəqibi Kosovo idmançısı Akil Gjakova olub. Əsas vaxtı 0:0 başa çatan görüşdə idmançımız əlavə vaxtda qızıl xalla qalib gələrək (1:0) bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Onun rəqibi Cənubi Koreyadan An Changrim olub. Rüstəm bu görüşdə vazari xalı ilə uduzaraq medalsız qalıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail