Tokio-2020: Bu gün 4 idmançımız mübarizəyə başlayır

03.08.2021 | 5141 dəfə oxunub

Bu gün Tokio-2020-də  Azərbaycanın 4 idmançısı mübarizə aparacaq. Stadium.Az xəbər verir ki, Nazim Babayev atletika, İslam Abbasov isə yunan-Roma güləşində mübarizəyə başlayacaq. Üç təkanla tullanma yarışına qatılacaq Babayev A qrupunda yarışacaq. Abbasov finala yüksəlmək üçün ümumilikdə 15 rəqib arasında "12-liy"ə düşməlidir.

Babayevin indiyədək ən yaxşı göstəricisi 17,29 metr olsa da, mövsüm ərzində ən yaxşı nəticə kimi 16,57 metrlə kifayətlənib. O, dünya reytinqində 21-ci yeri tutur. Bu növ üzrə mübarizəyə Bakı vaxtı ilə saat 4:00-da start veriləcək.

Saat 6:00-da isə yunan-Roma güləşçisi İslam Abbasov 1/8 final görüşünə çıxacaq. Onun ilk rəqibi kubalı Daniel Qreqoriç olacaq. Digər yunan-Roma güləşçisi Rafiq Hüseynov tunisli Lamyed Maafi ilə, qadın güləşçi Elis Manolova isə qırğızıstanlı Meerim Jumanazarova ilə təsəlliverici görüşdə üz-üzə gələcək.

Tokio-2020

3 avqust

Atletika
Üç təkanla tullanma
04:00. Nazim Babayev

Yunan-Roma güləşi
06:00. 1/8 final. İslam Abbasov - Daniel Qreqoriç (Kuba)

06:00. Təsəlliverici görüş. Rafiq Hüseynov - Lamyed Maafi (Tunis)

Qadın güləşi

06:00. Təsəlliverici görüş. Elis Manolova - Meerim Jumanazarov (Qırğızıstan)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail