Qurban Qurbanov: "Məşqçilər və həkimlərlə məsləhətləşirik"

05.08.2021 | 3881 dəfə oxunub

"Maraqlı komandaya qarşı oynayacağıq. AEL-in heyətində yüksək səviyyəli futbolçular olsa da, Limassol təmsilçisi komanda oyunu sərgiləyir. Mənim üçün bu cür rəqibə qarşı oynamaq maraqlıdır".

Stadium.Az xəbər verir ki, bu sözləri  "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Kiprdə AEL klubuna qarşı UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunundan öncə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, sabahkı görüş barədə daha çox düşünmək lazımdır: "Futbolçular isə daha peşəkar davranmalıdırlar. Hər oyunçu ilə ayrılıqda danışıb, rəqib barədə məlumat vermişik. Ümid edirəm ki, onlar oyuna hazırdır".

Yeni transferlərdən də danışan Qurbanov Riçard Almeydanın daha hazır olduğunu söyləyib: "O, Qasparla müqayisədə daha yaxşı vəziyyətdədir. İkincinin hazır olmaq üçün daha bir həftə vaxtı var. Məşqçilər və həkimlərlə məsləhətləşirik. Hər şey yaxşı olsa, bir neçə dəqiqə oynayacaq".

AEL - "Qarabağ" görüşü sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail