Tokio-2020: Bu gün hansı idmançılarımız mübarizə aparacaq?

05.08.2021 | 4107 dəfə oxunub

Bu gün Azərbaycanın daha iki idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq. Stadium.Az xəbər verir ki, 74 kq çəkidə sərbəst güləşçimiz Turan Bayramov 1/8 finalda Ukrayna təmsilçisi Vasil Mixaylovla qarşılaşacaq.

Görüşün Bakı vaxtı ilə saat 06:30-da başlaması nəzərdə tutulub. Qalib gələn tərəf 1/4 finalda Frank Çamizo (İtaliya) - Avtandil Kentçadze (Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Karateçi Firdovsi Fərzəliyev (67 kq) isə A qrupunda çıxış edəcək. O, Eray Şamdan (Türkiyə), Darxan Assadılov (Qazaxıstan), Əli Elsavi (Misir) və Naoto Saqo (Yaponiya) ilə döyüşəcək. İlk iki yerin sahibi yarımfinala yüksəlməklə yanaşı, ən azı bürünc medalı da təmin edəcək. Qrupun döyüşlərinin start fiti saat 07:15-ə planlaşdırılır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail