"Qarabağ" Konfrans Liqasında son iki ev oyununu burada keçirəcək

09.09.2021 | 2174 dəfə oxunub

“Qarabağ” Konfrans Liqasının qrup mərhələsində “Kayrat” (Qazaxıstan) və “Omoniya” (Kipr) ilə ev oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.

Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə açıqlama verib. O, Tofiq Bəhramov adına Respublika Stadionunda ot örtüyünün bərpası ilə bağlı işlər getdiyini və arenanın sözügedən matçlaradək hazır olacağını bildirib:

“Hazırda stadionda işlər gedir. Biz UEFA-ya müraciət etmişdik ki, ilk ev oyunumuzu sentyabrın 16-sı yox, 30-u keçirək. Həmin vaxtadək stadion hazır olardı. Sadəcə UEFA təqvimdə güzəştə getmədi. Nəticədə biz qrupdakı ilk oyunumuzu evdə keçirməli olduq. Amma əminik ki, ilk matçadək - “Bazel”lə görüşədək hazır olmasa da, sonrakı ev oyunlarınadək Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü ideala yaxın vəziyyətə gətiriləcək. Arenadakı işlər davam edir. Oktyabrdakı ev oyunumuza qədər stadion yaxşı durumda olacaq. Artıq UEFA-dan da bizə məktub gəlib. 2-ci və 3-cü ev oyunumuzu Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcəyik”.

Məhz sözügedən arenanın ot örtüyünün bərbad olması səbəbindən “Qarabağ” sentyabrın 16-sı “Bazel”lə matçını Bakı Olimpiya Stadionunda keçirəcək.

“Qarabağ” evdə “Kayrat”la oktyabrın 21-i, “Omoniya” ilə isə noyabrın 25-i qarşılaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

24.09.2021

23.09.2021

21.09.2021

20.09.2021

22:19  "Yaxşı komandaya qarşı oynadıq" - Qurban Qurbanov

21:22  "Məğlub olmağa gəlməmişdik" - Ayxan Abbasov

21:00  "Qarabağ" qalib gəldi - Yenilənib

18:31  "Qarabağ" - "Sumqayıt" - heyətlər

19.09.2021

20:25  "Neftçi" qalib gəldi - Yenilənib

17:49  "Neftçi" - "Keşlə" - HEYƏTLƏR

16.09.2021

11:21  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

03:25  "İnter" - "Real" - 0:1 VİDEO

03:04  "Brügge" - PSJ - 1:1 VİDEO

15.09.2021

11:43  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

04:54  "Çelsi" - "Zenit" - 1:0 VİDEO

14.09.2021

13:56  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

12.09.2021

19:20  "Neftçi" - "Qarabağ" - HEYƏTLƏR

17:03  “Səbail” -"Sumqayıt" - HEYƏTLƏR

04:32  PSJ - "Klermon" - 4:0 VİDEO

11.09.2021

19:30  "Keşlə" - "Zirə" - HEYƏTLƏR

17:15  “Sabah” - “Qəbələ” - HEYƏTLƏR

11:24  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

10.09.2021

14:18  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

09.09.2021

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail