"Yaxşı komandaya qarşı oynadıq" - Qurban Qurbanov

20.09.2021 | 4058 dəfə oxunub

"Futbolçuları təbrik edirəm. Vacib 3 xal qazandıq. Oyunçular çox əziyyət çəkdilər. Bəziləri idman formasından uzaq idi. Bu az matça çıxmaqla bağlıdır. Yaxşı komandaya qarşı oynadıq və qalib gəldik. Oyundan və nəticədən razı qaldım".

Stadium.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın 6-cı tur oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis Qaspar Panaderonun formada olmadığını bildirib: "Onun növbəti avrokubok görüşünə kimi tam hazır olacağını deyə bilmərəm. Bugünkü formasından razı deyiləm". Təcrübəli baş məşqçi Ramil Şeydayev haqqında da danışıb: "Bəzən futbolçuda inamsızlıq olur. Belə şey yoxdur ki, bir qol vursa, hər şey qaydasına düşəcək. İstəyindən əl çəkməməlidir. Hər futbolçudan faydalanmağa çalışırıq. Şeydayev qarşıda daha yaxşı olacaq. İstəklidir, bəlkə də onun haqqında danışmaq Ramilə təsir edir. Rəqibləri də nəzərə almalıyıq. Düşünürəm ki, hər oyunçumuz növbəti görüşlərdə daha yaxşı olacaq. Filip Ozobiç isə millidə 3 oyun oynadı. Biz Kadi Borgesi də həmin mövqedə oynatdıq. Kimsə iki oyun oynamırsa, bu uzun müddət hesab olunur. Ozobiç ritmdən düşmüşdü. Rəqiblər də belə oyunçulara qarşı daha diqqətli oynayırlar. Hazırda qol epizoduna girirsə, daha da yaxşı ola bilər. Ozobiç çatışmazlığı öz təcrübəsi ilə aradan qaldırır".

Qurbanov Bəhlul Mustafazadənın oyunundan razı qaldığını sözlərinə əlavə edib: "Neçə oyun meydana çıxmadığı üçün ayağında ağrı oldu. Çox çalışır, məşq edir. Zədəsi ciddi deyil". (Report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail