"Rəqib bizi buna məcbur etdi" - Rəşad Sadıqov

25.09.2021 | 4371 dəfə oxunub

"Maraqlı oyun alındı. Hər iki komanda bacardığını etdi. İlk hissəni yaxşı oynadıq. Sadəcə, fasilə öncəsi qapımızda gördüyümüz qol rəqibə motivasiya verdi. İkinci hissənin əvvəli də bunun məntiqli davamı idi. Ancaq 10 dəqiqədən sonra yenidən təşəbbüsü ələ aldıq".

Stafium.az xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Səbail"ə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının V tur oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis ikinci hissənin ilk 10 dəqiqəsində ehtiyatlı oynadıqlarnı bildirib: "Rəqib bizi buna məcbur etdi. Ancaq sonradan yenidən oyuna diqtə edən tərəf biz olduq". Sadıqov hakimlərdən narazı qalmadığını sözlərinə əlavə edib: "Sadəcə, oyun daim hakimlərlə dialoq şəraitində keçir. Hakimlikdən narazılığım olmadı" (Report).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail