"Nəsə olsa, yerində reaksiya veriləcək" - Qurban Qurbanov

26.09.2021 | 6719 dəfə oxunub

"Belə oyunlar il ərzində 1-2 dəfə olur. Kənardan oyun sönük görünürdü, sanki yuxu kimi idi. Amma 1 xal əldə etdik. Qalib gəlməmişiksə, bunda heç nə axtarmırıq".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının V tur matçından sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, yaxşı futbol üçün yaxşı meydança vacibdir: "Süni örtükdə topu düzgün ram etmək, sürətli oynamaq olmur. Müdafiədə oturan komandaya qarşı oynamaq üçün yaxşı meydança lazımdır. Bir neçə qol epizodu yaratsaq da, qələbə qazana bilmədik. Rəqib isə bir fürsətdən yararlandı. Futbolçularımız əziyyət çəkdi. "Keşlə"yə və Sənan Qurbanova uğurlar arzu edirəm".

Qurbanovun sözlərinə görə, Abdullah Zubirin başla qol vurmağı yadına gəlmir: "Qoldan sonra sevinərək, mənə tərəf gəldilər. Bunun xüsusi bir səbəbi yoxdur".

O, buraxılan qol epizodunda həm qapıçı Şahruddin Məhəmmədəliyevin, həm də müdafiəçi Maksim Medvedevin səhvi olduğunu etiraf edib: "Aralarında anlaşmazlıq oldu. Hər hansı səbəb axtarsaq, düz çıxmayacaq. Hər ikisini günalandırmaq olar. Meydança çox quru idi, top getmirdi. Qismətimizdə 1 xal var imiş".

Baş məşqçi sabahdan UEFA Konfrans Liqasının qrup mərhələsinin II turunda Kipr "Omoniya"sına qarşı keçirəcəkləri matça hazırlaşacaqlarını deyib: "Rəqib haqqında məlumatımız var. Komandanı yaxşı nəticə üçün hazırlayacağıq". Qurbanov Kipr səfərində təxribatla üzləşməyəcəklərinə inandığını vurğulayıb: "Bu barədə düşünmürəm. Çünki nəsə olacağına inanmıram. Əvvəllər bəzi olaylar baş verib. Yəqin, UEFA da ciddi xəbərdarlıq edib. Nəsə olsa, yerində reaksiya veriləcək".

Təcrübəli mütəxəssisin zədəli Xayme Romeronun mövqeyində kimə şans verəcəyini müəyyənləşdirmədiyini əlavə edib: "Həmin mövqe ilə bağlı bir neçə variant var" (Report).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail