"Qəbələ" "Qarabağ"la 62-ci duelə çıxır

03.10.2021 | 4360 dəfə oxunub

Bu gün Azərbaycan Premyer Liqasında VI tura yekun vurulacaq. Turun son görüşündə çempionatın liderləri üz-üzə gələcək. “Qəbələ” milli komandaların oyunları ilə əlaqədar fasilə ərəfəsindəki son matçda “Qarabağ”la qarşılaşacaq.

Bu görüş Ağdam təmsilçisinin meydanında keçiriləcək. 

Stadium.az "Qəbələ"nin saytına istinadən xəbər verir ki, bu matç iki komanda arasında 62-ci duel olacaq. “Qəbələ” ilə “Qarabağ” indiyədək 61 dəfə üz-üzə gəlib. Bu oyunlarda 12 dəfə qalib gələn “qırmızı-qaralar” 19 qarşılaşmada heç-heçə edib. Digər 30 matçda isə Ağdam təmsilçisi qələbə qazanıb. 50 qol vuran futbolçular öz qapısından 90 top buraxıb. “Qəbələ” Premyer Liqada 51-ci dəfə “Qarabağ”la görüşəcək. İndiyədək keçirilən 50 oyunda 10 qələbəsi olan komanda 14 dəfə meydanı sülhlə tərk edibsə, 26 dəfə uduzub. Rəqib qapısına 42 dəfə yol tapan “qırmızı-qaralar” 76 top buraxıb. “Qəbələ” tarixində 31-ci dəfə “Qarabağ”ın qonağı olacaq. Rəqib meydanında 4 qələbəsi olan komanda 9 heç-heçə edib və 17 dəfə uduzub. Səfərdə 21 qolu olan futbolçular 49 top buraxıb. Xatırladaq ki, oktyabrın 3-də “Azersun Arena”da keçiriləcək matç saat 19:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail