Rəşad Sadıqov Volkovun "Zirə"dən gedib getməyəcəyini açıqladı

21.11.2021 | 1162 dəfə oxunub

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov komandanın gürcüstanlı hücumçusu Davit Volkova Avropa klublarından təklif gəlməsi ilə bağlı oyunçunun meneceri  Levan Zuxbayanın söylədiyi açıqlamaya münasibət bildirib.

Stadium.Az xəbər verir ki, o, Premyer Liqamızın hazırkı bombardirinin komandada saxlamaq çətin olub-olmayacağı ilə bağlı deyib:

"Bu barədə düşünmürəm. Başlıq kimi gördüm, amma xəbərin içini oxumadım. Hər bir futbolçuya komandaların təklifi, istəyi kimi xəbərlər oxuyuruq. Futbolun içində olan şeylərdir. Bizdə hər hansı məlumat yoxdur, Volkovun özündən də eşitməmişik. Hər bir futbolçumuz kimi, Volkov da bizim üçün dəyərlidir. Əvvəl də düşünürdüm ki, onun üçün ən yaxşı mövqe hücumdur. Hücumçu üçün yaxşı keyfiyyətləri var. Oyundan-oyuna, mövsüm getdikcə ön xətt oyunçusu kimi daha da inkişaf elədi. Artıq nominal hücumçuya çevrilib. Hətta mənə də suallar verilir ki, nominal hücumçun yoxdur, niyə almırsan? Volkova inanırdım, bu gün də etimadımızı doğruldub". 

Sadıqov söyləyib ki, Volkov “Zirə”də bundan da yaxşı işlər görə bilər: "Yetər ki, bu tempdə, bu istəklə peşəkar şəkildə işinə davam eləsin. Volkov bizdə xoşbəxtdir. Ağıllı-kamallı insandır, bilir ki, oyunu bu komandada nə dərəcədə yaxşı alınır. Hücum xəttində onun keyfiyyətləri üzərində istifadə edirik. Hər bir futbolçu daha yaxşı, çempionatda oynaya bilər". 

"Zirə"nin baş məşqçisi 26 yaşlı hücumçu ilə bu mövsümün sonu başa çatacaq müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqların başlanıb-başlanılmadığı ilə bağlı isə deyib: "Xeyr, heç bir danışığımız olmayıb. Bir neçə futbolçunun müqaviləsi mövsümün sonunda bitir. Gedişata baxacağıq, hansısa futbolçu ilə yeni sözləşmə imzalamaq istəsək, qarşılıqlı şəkildə razılıq əldə edilsə, komandada saxlayacağıq. Özüm də bu proseslərin tez olduğunu düşünürəm. Yalnız qarşıdakı oyuna köklənməliyik. Fikrimizi qəti şəkildə bu tip məsələlərlə dağıtmamalıyıq. Hər şeyin öz vaxtı var".

Volkov 9 qolla Premyer Liqanın bombardirləri siyahısında liderdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

28.11.2021

14:58  “Sumqayıt” - "Zirə" - HEYƏTLƏR

11:21  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

27.11.2021

20:10  "Neftçi" və "Sabah"dan qələbə - YENİLƏNİB

17:23  "Neftçi" - "Səbail" - HEYƏTLƏR

14:22  "Sabah" - "Keşlə" - HEYƏTLƏR

11:47  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

26.11.2021

11:10  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

25.11.2021

20:32  "Qarabağ" - "Omoniya" - HEYƏTLƏR

02:36  "Şerif" - "Real" - 0:3 VİDEO

24.11.2021

10:30  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

04:24  "Malmö" - "Zenit" - 1:1 VİDEO

03:19  "Lill" - "Zalsburq" - 1:0 VİDEO

23.11.2021

21.11.2021

11:33  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

00:33  PSJ - "Nant" - 3:1 VİDEO

00:25  "Lester" - "Çelsi" - 0:3 VİDEO

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail