Murad Musayev: "Özümü əvvəlki baş məşqçi ilə müqayisə etmək istəmirəm"

28.11.2021 | 1307 dəfə oxunub

"Çox parlaq ilk yarı izlədik. Meydanın hər tərəfində basqı qura, kombinasiyalı oyun sərgiləyə, yaxşı qollar vura bildik. Lakin ikinci hissədə ilk yarıdakı intensiv futbolu davam etdirə bilmədik. Bu vəziyyətdə xarakter və intizam göstərmək lazım idi. Nəticədə azarkeşlərin də dəstəyi ilə qələbə qazandıq. Qələbəni onlara həsr edirik".

Stadium.Az xəbər verir ki, bunu "Sabah" komandasının baş məşqçisi Murad Musayev evdə "Keşlə"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının 12-ci tur matçından sonra mətbuat konfransında deyib.

37 yaşlı mütəxəssis bildirib ki, fasilədə futbolçularına sanki meydana heç-heçə imiş kimi çıxacaqlarını deyib: "Fasilə ərəfəsində yüklənmə olmasa, bu nəticəni əldə edə bilmərik. Futbolçularımın məşqə yanaşmaları və oyunlara köklənmələrindən razıyam. Get-gedə yaxşı oluruq. İrəlidə görüləsi çox iş var, dayanmaq olmaz".

Musayev qış fasiləsində heyəti gücləndirməklə bağlı suala hələ cavab verməyə hazır olmadığını bildirib. O, hazırda qarşıdakı oyunları düşündüklərini bildirib: "Özümü əvvəlki baş məşqçi ilə müqayisə etmək istəmirəm. Bu, düzgün deyil. Mən yalnız özümdən danışa bilərəm".

Baş məşqçi Coy-Lens Mikelsin meydana çıxmama səbəbini də açıqlayıb: "Onun dizində problemləri var idi. Mikelsə iynə vurulub, İki gün vaxta ehtiyacı var".

O, "Keşlə"nin futbolçularının ilk yarıda qaçmamalarına dair rəqib baş məşqçi Sənan Qurbanovun fikirlərinə də münasibət bildirib: "Qurbanov belə düşünürsə, deməli, biz onları məcbur etdik və meydanda qaçmamalarının səbəbkarı bizik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

24.01.2022

02:33  PSJ - "Reyms" - 4:0 VİDEO

02:07  "Real" - "Elçe" - 2:2 VİDEO

23.01.2022

21.01.2022

11:15  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

17.01.2022

15.01.2022

11:04  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

14.01.2022

15:47  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

09.01.2022

08.01.2022

11:33  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

05.01.2022

02.01.2022

11:31  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

30.12.2021

29.12.2021

13:23  Toral Bayramovun toyu oldu - FOTOLAR

11:20  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

27.12.2021

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail