"Qarabağ"ın 8-ci qış çempionluğu

06.12.2021 | 3791 dəfə oxunub

Premyer Liqada qış çempionu XIII turda müəyyənləşib. Stadium.Az xəbər verir ki, “Qarabağ” ilin son turu ərəfəsində qış fasiləsinə 1-ci pillədə yollanacağını təmin edib.

Ağdam klubu “Sabah”ı 5:1 hesabı ilə məğlub edərək izləyiciləri üçün əlçatmaz olub. Qurban Qurbanovun komandasının 30 xalı var. “Qarabağ” “Qəbələ”ni 5 xal qabaqlayır.

Ağdam təmsilçisi ölkə çempionatları tarixində 8-ci dəfə yeni ili lider kimi qarşılayacaq. Səkkizqat ölkə çempionu 2004/05, 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2019/20 mövsümlərində də ilk yarını zirvədə tamamlayıb.

Bu göstəricidə rekord “Neftçi”yə məxsusdu. Bakılılar 9 dəfə (1994/95, 1996/97, 2000/01, 2001/02, 2003/04, 2010/11, 2011/12, 2018/19, 2020/21) qış çempionu olublar. İki komandanın aktivində üç belə uğur var. “Kəpəz” 1993/94, 1997/98, 1998/99, “İnter” adlandığı dövrdə “Keşlə” 2008/09, 2009/10, 2012/13 mövsümlərinin fasiləsinə lider kimi yollanmağa nail olub. Digər 5 mövsümdə fərqli komandalar belə uğur qazanıb: “Xəzri” (1995/96), “Şəmkir” (1999/2000), “Karvan” (2005/06), “Xəzər Lənkəran” (2006/07) və “Olimpik” adlandığı dövrdə “Şüvəlan” (2007/08).

1992 və 1993 mövsümləri yaz-payız sistemi ilə keçirildiyindən qış çempionu olmayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail