PFL legioner limitini dəyişir

21.12.2021 | 7921 dəfə oxunub

Azərbaycan Premyer Liqasında komanda sayı artsa, legioner limitinə baxıla bilər. Stadium.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev İctimai Televiziyada yayımlanan "Bol idman" verilişində bildirib. Hazırda yerli futbolçuların sayının az olduğunu söyləyən qurumun rəhbəri bildirib ki, çempionatdakı limiti ehtiyac olarsa, dəyişə bilərlər.

Onun sözlərinə görə, milli komandanın hər kəsin yaralı yeridir: "Klubların çoxu deyir ki, limit ləğv edilsin, kim neçə legioner istəyir, gətirsin-oynatsın. Bu, düzgün deyil. "Gəlin, baxaq, bizim yerli futbolçular aldıqları pula layiq oynayırlarmı? Deyirsiniz ki, limiti dəyişək. Bundansa deyək ki, ay klub rəhbərləri, gəlin, yerlilərə verdiyiniz pulu endirək".

Hazırda Azərbaycan Premyer Liqasında 8 klub mübarizə aparır. Qaydalara əsasən, onlar oyun vaxtı meydana 6 legioner və 1-i 21 yaşadək olmaqla, 5 yerli futbolçu buraxa bilərlər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail