"Arsenal" mövsümün sonu 2 ulduz futbolçusuyla vidalaşacaq. Stadium.Az xəbər verir ki, "topçular" müqaviləsi bu yay başa çatan Aleksandr Lakazet və Mohammed El-Neni ilə yeni sözləşmə imzalamaq niyyətində deyil.
Hər 2 futbolçunun yay transfer pəncərəsində azad agent kimi klubu tərk edəcəyi gözlənilir.