Kardioloqlar üçün pis xəbər - KÖŞƏ

18.05.2014 | 9306 dəfə oxunub

Bizim babalar ingilislərin babalarından çox bilirdi. Yenə bizimkilər deyən düz çıxdı. OnlarHər anın bir hökmü var”- deyəndə indiki ingilislərin babaları heç futbolu icad eləməmişdilər. Düzdü, sonra fikirləşdilərsə, futbolu bütün dünyaya bəxş elədilər. Ucsuz-bucaqsız dünyanın bir könüldən min könülə vurulduğu futbol bizim tərəflərə gəldi 10 il öncəXəzər Lənkəranyarandı. Bu 10 ildə klub qızıl medal da boynundan asıb, gümüş qazanıb, kuboku da başının üzərinə qaldırıb. Rekord da vurub,  o qədər baş məşqçini öz başından edib ki, rəqəmləri üst-üstə yığında elə rekorda yaxın bir şey alınır.

Xəzər Lənkəranbir daha sübut elədi ki, bizim babalar ingilislərin babalarından çox bilirlər. Bu klubda indi sözün lap elə əsl mənasında hər anın bir hökmü var, gündəm elə sürətlə dəyişir ki, Nildo nədi, “Asta qaçan namərddirdeyib dünyanı təəccübləndirən Hüseyn Bolt da bu sürətə çata bilmir. Ayda bir qələbə qazanan, 17 tamaşaçısı, 2 fanatı qalan-yaşılklubdan xəbərlər sel kimi gəlir, bilmirsən ki, hansına inanasan. Səhər komandanı məşqə Oğuz Çətin çıxarır, günorta baş məşqçi Mustafa DənizliHiltonda mətbuat konfransı keçirir. Əli qələm tutanların əlinə fakt verir, deyir ki, mənə Mustafa deyərlər, istefa-filan? Yeni mövsüm üçün planlarını açıqlayır, fəxri prezidentdən təyyarə ala bilməyən Mustafa hoca bir uçaq yerli futbolçunu komandasında görmək istədiyini deyir.

Təyyarə məsələsi bilmirəm hardan gəlib düşdü bu yazının içinə? Mustafa DənizliHiltondan dönən kimi, yol yorğunluğu canından çıxmamış təyyarəyə minib Türkiyəyə qayıdır. Məlum olur ki, klub prezidenti onunla sərt danışıb, deyib bizə o qədər para xərclətdin, amma lakin mövsümün sonunda kubokun parasını-yəni yarısını da bizə göstərmədin. Prezident adlı-sanlı türkiyəli məşqçiyə qapını göstərib, jestindən belə başa düşülüb ki, Dənizlini baş məşqçi kimi görmək istəmir.

Klubla bağlı xəbərlər bununla bitmir ki... Mustafa Dənizli kömür mədənindəki böyük faciədən sonra üzü qapqara qaralan Türkiyəyə dönüncə mediaya açıqlama verir deyir ki, şu anda Lənkəranda olmasam da, “Xəzər Lənkəranda görəvimin başındayam. İstefanı unudun, Mustafanı düşünün yəni...

Hocanın açıqlamasını incələməyə macal tapmamışgəmiçilərdən təptəzə xəbər gəlir. Deyirlər ki, komandanın oyunçuları Oğuz Çətinə əmanət olunub, çünki çətin işin öhdəsindən Çətin gələr. Bir anın içində yenə gündəm dəyişir, klubla ilgili başqa xəbər eşidirsən. Guya Mirça Rednik gəlir, təbii ki, piyada yox, uçaqla. Sadəcə, hazırda Rumıniyada havalar isti olduğundan yolüstü marketə girib ki, sərin su alsın. Marketdə çalışanlar qaraçılıqlarına salmasalar, Mirça hava limanına tez çatacaq. Təyyarəyə minəndən sonra uçmağa var ki...

Təyyarə bu yazıdan bilmirəm niyə əl çəkmir ... Ona görə təyyarəni bir kənara qoyub keçirəm başqa məsələyə. Klubla bağlı xəbər bitmək bilmir ki. Eşitmişəm Lənkərandakı kardioloqlar xələtlərini geyinib yaşılların baş ofisinə yürüş etmək istəyirlər. Guya Dənizlinin istefası xəbərindən sonra ürəkləri yaman ağrımağa başlayıb. Mustafa hocanın zamanındaFırtınalar meydanından çıxan azarkeşlər dərhal ürək həkimlərinə müraciət edirdi, xəstələrin upuzun növbəsi yaranırdı. Dənizli getsə, sel kimi axan pulun qabağı kəsiləcək. Kardioloqların uşaqları uşaq deyil, onlara bahalı telefon, yaxşı geyim-keçim lazım deyil? Dostum Səxavət and içir ki, Dənizli gələndən kardioloqlara xərclədiyim pulu özümdə saxlasaydım, bu gün mənim Fransa çempionatında top qovan klubum var idi.

Ürək həkimləri klubun üstünə yaman düşüblər. Tələbləri budur ki, Mustafa hoca öz vəzifəsinə bərpa edilsin. Mən biləniXəzər Lənkəranın verəcəyi cavab kardioloqlar üçün pis xəbər olacaq.    

Amma vəziyyət əksinə dəyişə bilər. Hər anın öz hökmü var... Babalarımız deyib axı.

Etibar Cəbrayıloğlu

 “Het-trik news”  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail