DNEPR sahillərində QARABAĞ zəfəri…

24.10.2014 | 14738 dəfə oxunub

UEFA Avropa Liqasında mübarizə aparan Azərbaycan çempionu “Qarabağ” səfərdə “Dnepr” klubuna qalib gəlməklə milli futbolumuzda yeni səhifə açdı.

Qrup mərhələsinə düşməyi çoxları “Qarabağ”ın edə biləcəyi maksimum iş sayırdı. Lakin ilk turda “Sent-Etyen”lə görüşdə nümayiş etdirdiyi müasir düşüncəyə söykənən oyun səviyyəsi fikirləri xeyli dəyişdi və ürkək-ürkək olsa da, qrup səddini aşmağın mümkünlüyü barədə danışılmağa başlandı. Doğrudur, bunu qeyri-ciddi qarşılayanlar da oldu, amma əksəriyyətin Ağdam təmsilçisinə inamı getdikcə gücləndi. Və bu inamın təntənəsi Ukrayna paytaxtında reallaşdı.

“Qarabağ” istər büdcə baxımından, istər heyətdəki futbolçuların oyun təcrübəsi mənasında, istərsə də ölkə futbolunun reytinqi cəhətdən qrupda yarışdığı İtaliya, Fransa və Ukrayna klublarından geri qalır. Bunu mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da bildirmişdi. Amma Azərbaycan çempionunun bir üstünlüyü vardı – inanılmaz istək və hüdudsuz qələbə əzmi.

İdmanda mənəvi keyfiyyətlərin ustalığa qalib gəlməsinə dair xeyli nümunə göstərmək olar. Yazılmamış bu qanunu Ukrayna paytaxtında “Qarabağ” gerçəkləşdirdi. 26 yaşını qeyd edən Muarrem Muarremin 21-ci dəqiqədə vurduğu qol hamımızın qəlbini riqqətə gətirən, qürurlandıran qələbə üçün kifayət etdi. Bu, Azərbaycan futbolunda nüfuzlu turnirdə qazanılan ilk qalibiyyət kimi tarixiləşdi.

Qələbə “Qarabağ”ın 1/16 finala çıxmaq imkanlarını təbii ki, artırdı. Bunun reallaşması zamana bağlı məsələdir. Ancaq əsas olan Azərbaycan komandasının müasir azarkeşin tələbinə cavab verən keyfiyyətli oyun göstərməsi və bu istiqamətdə peşəkarlıq pilləsi ilə zirvələrə aparan yolda büdrəməməsidir.

Büdrəmə, daha da qətiyyətli, daha da mətin, inamlı ol, “Qarabağ”! Axı səni Azərbaycan XALQIN KOMANDASI kimi sevir…

Rövşən Binnətli



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail