“Kitayski” çex

13.12.2014 | 9368 dəfə oxunub

Bütün saxta mallar belədi. Bəzəyinə, yar-yaraşığına və yaxud da qiymətinin münasibliyinə aldanıb alırsan. Əvvəlcə işinə yarayır, əlindən tutur, lakin günlərin birində... Aldanıb aldığın malın “kitayski” olduğu üzə çıxır.

Avropanın futbol işlərinə baxan təşkilatı - UEFA bizi əmin-arxayın eləmişdi, gənc “Qarabağ”la dünya şöhrətli “İnter” arasında keçiriləcək həlledici oyuna Çexiyadan olan Miroslav Zelinkanı göndərəcəyini açıqlamışdı. Fikirləşirdik ki, Miroslav müəllim UEFA-nın göndərdiyi pulla biletini alacaq, fitini və köməkçilərini də götürüb paytaxtımıza gələcək, matçı da ədalətlə idarə edəcək. Biz də inanmışdıq, UEFA-dan şübhələnməyə nə vaxtımız var idi, nə də həvəsimiz. Oyunun əvvəlində və ortasında hər şey qaydasında gedirdi, fit çalanın çex Miroslav Zelinka olduğuna şübhə yeri yox idi. Matçın sonlarına yaxın da ağlımızın ucundan başqa şey keçmirdi. Ölkənin hələlik ən böyük futbol arenasını dolduran azarkeşlər, ekrana yaxın oturub oyunu televizordan izləyənlər “Qarabağ”ın mərhələ adlayacağına əmin idi. Nə italiyalı futbolçuların qapımıza qol atmağa gücü çatırdı, nə də çex hakim bizə badalaq vurana oxşayırdı.

Amma qarşılaşmanın əsas vaxtına əlavə olunmuş dəqiqələrin son saniyələrində hər şey açılıb ortaya töküldü. UEFA-nın Bakıya baş hakim göndərdiyi Zelinkanın “kitayski” çex olduğu üzə çıxdı. Baş hakim başından da yekə qələt eləyib Riçard Almeydanın “İnter”in qapısına vurduğu qolu qeydə almadı. Onun bu böyük səhvi “Qarabağ”ı qələbədən və növbəti mərhələyə vəsiqədən, Azərbaycan futbolunu tarixi bir ilkdən, Qurban Qurbanovun döyüşkən komandasına azarkeşlik edən milyonlarla insanı sevinc hissindən məhrum elədi.

UEFA hər şeydən məlumatlı idarəyə oxşayır. Avropanın futbol işlərinə baxan təşkilatda oturanlar Azərbaycanın erməni işğalına məruz qaldığını bilməmiş deyillər. Yəqin onu da yaxşı bilirlər ki, məhz bu üzdən Ağdamın “Qarabağ” klubu rəqiblərini “İmarət”də deyil, Bakıda-əfsanəvi hakim Tofiq Bəhramovun adını daşıyan stadionda qəbul etmək məcburiyyətindədi.

UEFA-nın vacib bir qarşılaşmaya Çexiyadan göndərdiyi hakim “Qarabağ”a ermənilərdən də ağır yara vurdu. Avropanın futbol işlərinə baxan təşkilatda bilsinlər, ermənilərin vurduğu yaralar nə vaxtsa sağalacaq, “Qarabağ” köhnə qitədən gələn ən məşhur klubları “İmarət”də qarşılayıb məğlub yola salacaq. Lakin “kitayski” çex Zelinkanın “İnter”lə oyunun 90+4-cü dəqiqəsində etdiyi hərəkəti heç zaman yaddan çıxarmayacaq.

Zelinkanın erməni havasına çaldığı o fiti olmasaydı Ağdam futbolçuları indi Avropa Liqasının 1/16 mərhələsinə vəsiqə qazanıb növbəti rəqibləri məğlub etməyin yollarını arayırdı. Belə görünür ki, “Qarabağ”ın son saniyələrdə italiyalıların qapısına atdığı qola görə bir ermənilər məyus olub, bir də “kitayski” çex baş hakim.

Avropanın futbol işlərini fırladanlar hər şeydən məlumatlı adama oxşayırlar. Amma bilmirəm onlardan Qədir Rüstəmovun ifasına qulaq asan olubmu? Heç vaxt yaddan çıxmayacaq Qədir Rüstəmovun heç vaxt unudulmayacaq “Sona bülbüllər”ində belə bir misra var - gülün yarpıza dönsün...

“Qarabağ”ı halal qələbədən məhrum edənlər də indi qarğışa gəlirlər. Belə vacib qarşılaşmaya “kitayski” çex göndərən UEFA, görüm sənin, görüm sənin gülün yarpıza dönsün!

Etibar Cəbrayıloğlu, “Ədalət” qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail