Amneziya və ya quru təbrik

10.02.2015 | 8393 dəfə oxunub

Həyatda ən çox zövq aldığım nəsnələrdən biri, bəlkə birincisi uşaqların məşqini izləməkdi. İnsanı problemlərdən 1-2 saatlıq da olsa uzaqlaşdırır. Uşaqlığını, yarımçıq qalmış futbolçu karyeranı yada salırsan, qayğısız, həyatın ədalətsiziklərindən, çətinliklərindən bixəbər balacalara baxıb köks ötürürsən, hərdən məşqçinin icazəsi ilə onlara qoşulub futbol oynayırsan. Mənim kimiləri həyatda çoxdur. Lap çox. Biz valideynlərin arzusu övladlarımızın böyüyüb məşhur futbolçu olmaları, onların arzuları isə... Onların arzuları da bizim arzularla üst-üstə düşür. Amma kim kimi futbolçu olmaq? Ronaldo, Messi, Özil, Buffon... Lap yaxşı. Heç olmasa, bu kumirlərin arasında özümüzünkülər varmı?

3-4 ay əvvəlin söhbətidi. 50 yaşın bir addımlığında olan Nazim Süleymanovlaİnter Arenada qarşılaşdım. Həmişə olduğu kimi uşaqların məşqini izləyirdim. Nazim müəllim isə oraya işlə əlaqədar gəlmişdi. Bir xeyli söhbət elədik. Fürsət tapan kimiİnterin gənc futbolçularından Nazim müəllimi tanıyıb-tanımadıqlarını soruşdum. İnanırsız, 24 uşaqdan heç biri, o cümlədən övladlarım da onu tanımadı. Nazim müəllimdən utandım. İndiyə kimi heç olmasa, öz övladlarıma Nazim müəllimin kim, necə futbolçu olduğunu danışmalıydım. Utandım. Ona görə ki, uşaqlardan kimsə bir nəfər veteran futbolçumuzun adını çəkə bilmədi. Həm özümdən utandım. Bu gedişlə övladlarımızın gələcəyini məhv etdiyimi, futbolu can verən ölkədə futbolçu yetişdirmək adı ilə min bir hoqqadan çıxan futbol başbilənlərinin əməllərindən xəbərdar ola-ola balacaları onların yolunda qurban verdiyimi bilə-bilə.

İnter Arenada keçmişdə Azərbaycan futbolununqaymaqlarından hesab edilən çoxları ilə rastlaşmaq mümkündür. Azər İsayev, Şahin Diniyev... Şahin Diniyevi tanımayan uşaqlar onun oğlu Coşqunu özlərinə kumir hesab edirlər.

İnterArenanın daimi sakinlərindən biri Samir Ələkbərovdur. “Samir Ələkbərov kimdir?” Bilirsiniz bu sualı qədər uşaqdan, böyükdən eşitmişəm. Deyim, bilin! Samir bir vaxtlar texnikası, sərgilədiyi oyunla milyonların sevimlisinə çevrilmiş futbolçu idi. Samir bir vaxtlar haqsızlıqlara görə karyerasını oda atan insan idi. Samir müasir Azərbaycan futbolununson mogikanıdır...  Doğrudan Samiri unutmuşuq? Samir biz jurnalistlərin, azarkeşlərin yadından çıxmayıb. Samiri unudan futbola cavabdeh olan şəxslərdir. Samiri unudan bir vaxtlar formasını geyindiyiNeftçirəhbərliyidir.

Azərbaycan futbolunda Samir Ələkbərov kimi yaddan çıxan, kimsəyə lazım olmadığı düşünülən onlarla futbolçu, futbol mütəxəssisi var. Çünki, onlarsız ötüşməyi mümkün sayan AFFA kimi qurum fəaliyyət göstərir. Düz 1 həftə əvvəl Yunis Hüseynov 50 yaşını qeyd etdi. Bəlkə AFFA-dan kimsə yada saldı? Nazim Süleymanovun 50 yaşını vaxtilə şərəfini qoruduğuAlaniyatəmtəraqlı surətdə qeyd etməyə hazırlaşır. AFFA isə... “Nazim müəllim, 50 yaşınız mübarək!”

İlqar TAĞIYEV

“Het-trik news” qəzeti

P.S. Deyəsən AFFA mətbuatda gedən tənqidlərdən nəticə çıxarmaq istəyir. Bir neçə gün əvvəl Nazim müəllimin yubileyi ilə bağlı hər hansı tədbirin keçirilməyəcəyi bildirilsə də, qurum “daşı ətəyindən töküb”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail