Məleykə Əsədovadan Elnur Abdullayevə qədər

18.05.2015 | 15690 dəfə oxunub

Azərbaycan futbolu aktrisa, rəsmi titullardan mükafatlardan bol olan Məleykə Əsədovanın oxuduğu mahnılara oxşayır. Bağışlayın ki, bundan başqa bənzətmə tapa bilmədim. Çempionatımızın misqalla ölçülən dadı-duzu da qaçıb. Premyer Liqa adı verib təriflədiyimiz yarış Məleykə Əsədovanın ifası kimi bu gün heç kimə lazım olmayan bir əşyaya çevrilib.

Əvvəllər yalandan da olsa rəqabətdən-zaddan vardı. İndi klubların yarıdan çoxu can üstədi. Naxçıvandakı qardaşlarımız həmişəki kimi bu dəfə durumu doğru-düzgün qiymətləndirib bir addım qabağa düşdülər. “Araz-Naxçıvan"ı aradan çıxardılar. Digər sponsorlar gec qaldıqlarından aradan da çıxa bilmirlər.

İnternetdəki idman saytlarına göz atmağa adamın ürəyi gəlmir, bəd xəbərlər dolub-daşır. “Filan klub dağılır", “Bəhmən klubun futbolçuları sonuncu dəfə pulu kinoda görüblər", “Rauf ƏliyevNeftçi" kabab iyinə getmişdi, gördü...", “Əfranın ayağıİnter"ə düşmədi" s. Hamısını yazıb sizləri bir az da qorxutmaq istəmirəm.

Vaxt vardıNeftçi"nin, “İnter"in, “Bakı"nın futbolçuları maşını metroya tələsənlərin üstünə sürürdülər, indi özləri metroya minə bilmirlər. Əl-üzlərini dollarla silirdilər, amma salfetkanın da qəhətə çıxdığı günə gəldilər. Əvvəllər futbolçularqa" deyəndə maaş, “qu" deyəndə mükafat alırdılar. Artıq neçə aydır ki, qa" demələrinə fikir verən var, qu".

başınızı ağrıdım, o günBakı"nın Biləcəridəki bazasına getmişdim, qədim dostum Yaşar Seyidov telefon açmışdı ki, bəs, qardaş, gəl çayımızı təzələyək. Getdim dostumun çayından içdim, söhbət elədik. Amma heç ürəyim açılmadı. ƏvvəlkiBakı" yadınızdadır da, klubun bazasında ayaq basmağa yer yox idi, indi isə... Futbolumuzun inkişafı üçün xeyli əmək sərf edən Yaşar bəyin son vaxtlarda nələr çəkdiyini bir özü bilir, bir Allahı...

Yaxın zamanlara kimi vəziyyət tamam başqa cür idi, futbolçular meydanda gəzişib pul qazanırdılar, lakin indi maaşlarını ala bilmədiklərinə görə meydanda otururlar. “Simurq"un aksiyası yadınızdan çıxmayıb? “İnter" oyun başlayan kimiSimurq"un futbolçuları qaçmaq əvəzinə yerə oturub etirazlarını bildirdilər. Hətta deyilənə görə, Zaqatalada baş verən bu olay erməni mətbuatının da diqqətini çəkib. Ermənilər murdar ağızlarına gələni yazıblar. Deyiblər ki, deyirdiniz Azərbaycanda hamı yağ-bal içində yaşayır, bəs oldu?

Zaqataladakı etiraz aksiyası futbolumuza başı ilə cavabdeh olanlara əməllicə başağrı yaradıb. Bu olaydan sonraXəzər Lənkəran" fanatlarının isə ürək ağrıları başlayıb, özü qəribə bir səbəbdən. Kimdən soruşuram deyir ki, Elnur Abdullayev gərək yerdə oturmayaydı, “Xəzər Lənkəran"a qol vuranda etdiyi hərəkətləri təkrarlayaydı. Mən bizimkilərə deyirəm ki, qardaşlar, insan Lənkəranı Zaqatalaya dəyişən gündən pul üzünə həsrətdir, necə sevinsin?

Dünən səhər sübh tezdən Lənkərandan telefon açdılar. Qardaşlar dedi ki, Elnur Abdullayevə görə ürəyimiz ağrımaqda davam edir. Ona görə Böyük Bazarda gözə görünən bir yerdə qutu qoymuşuq. İanə toplayıb Elnur AbdullayevinSimurq" rəsmilərindən ala bilmədiyi maaşı futbolçuya vermək istəyirik.

Xəzər Lənkəran" azarkeşləri lap canımı boğazıma yığıblar, bu yazını bitirəndə yenə zəng elədilər. Dedilər ki, qardaş, keçmiş futbolçumuz üçün maaş əvəzi 17 manat 35 qəpik yığmışıq. Bir nəfər qutuya 5 tümən, yəni İran pulu, bir nəfər isə iki saqqız atıb. Cənublu futbol həvəskarları qəribə insanlardı... Qardaşlar, tutaq ki, Elnur Abdullayevə ürəyiniz yanır, kömək edirsiz. Bəs başqaları? Premyer Liqada pulsuz top qovanlara pul çatdıra bilərsiz? Ürəyinizi ağrıtmaqla, pul toplamaqla bu alınana oxşamır. Tək sizin ürəyinizin ağrıması ilə, qutuya atılan pulla bizim çempionat maraqlı olan deyil. Nəsə başqa işlər görmək lazımdı. Yoxsa, yenə çempionatımız Məleykə Əsədovanın oxuduğu mahnılar kimi maraqsız olacaq...

Etibar CƏBRAYILOĞLU, “Het-trik news” qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail