Xan olar, Elxansız futbolumuz!

28.08.2015 | 15033 dəfə oxunub

AFFA-nın eks mərhum prezidenti Ramiz Mirzəyev çox yaxşı adam olub. Rəhmətliklə şəxsi münasibətim olmasa da, zamanında ona sual verməkliyim olmuşdu. Cavabındakı səmimiyyətdən başa düşülürdü ki, yalansız-falansız insandı. Hələ onun barəsində pis danışan bir adam da rastıma çıxmayıb. Yaşadığı zaman yaxşı olub ki, öləndən sonra arxasınca danışan yoxdu. Axi bu bizimkilər sevir ölənin dalına vedrə bağlamağı!..

Əl qərəz... Mərhum prezident yaxşı insan olsa da, ölkə futbolunu bir paza keçirdib dünyasını dəyişdi. Futbolumuz isə hələ də o pazdan xilas ola bilmir ki, bilmir. Bu pazdan danışmayacam. Pazdan danışmaq yaxşı iş deyil. Birdə gördün, gedib ilişmisən o paza. Azərbaycan boydana ölkənin futbolu bu pazdan xilas ola bilmir, bə sora mən neynərəm?!

Sözüm onda yox. Mövzum AFFA-nın baş katibi Elxan Məmmədovdandır. Gözü 5 mərtəbə bina və milli komandalarla doymayan Məmmədov, soxulcansız zadsız klubların ağızını tilovuna keçirməyə başlayıb.

Mədain xarabalığına çevrilən “Neftçi”ni Avropa Liqasının qrup mərhələsinə kimi yüksəldən Sadıq Sadıqovdan qopardan Elxan Məmmədov, xalqın komandasını yenidən bayquşxanaya çevirir. “Neftçi” yenidən xarabalığa çevrilir. Elxan Məmmədovun sayəsində.

Bu baş katib özü azmış kimi, “Sumqayıt”ı da urcah edib futbolun boynuna. Zinadan əmələ gələn bicbala kimi “Sumqayıt”ın da məqsədinin məramının nə olduğu bilinmir. Ancaq Məmmədovun cibinə xidmət edir.

“Simurq”un dağılmasından sonra “İnter”i də ələ keçirən Məmmədov, “bankirlər”lə yanaşı, Gəncənin “Kəpəz” klubunu da kurasiyasına keçirib. Oranı isə mikasına tapşırıb. Ala mika hara, futbol idaretməsi hara!..

Elxan Məmmədov çerez Tuyqun Nadirov “Xəzər Lənkəran”a da nüfuz etməyə qadirdir. “Rəvan”la AZAL isə onun əlində heç nədir. “Zirə” təzə yaranıb, hələ yollar axtarılır. Amma çətin barmağı girə ora!

Elxan Məmmədovun girə bilmədiyi cəmi iki klub qaldı - “Qarabağ” və “Qəbələ”. Hazırda ölkədə ən böyük uğur sahibi hansı komandalardır? Məhz bu iki klub. Niyə? Çünki Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan bu iki komandaya Elxan Məmmədov barmaq edə bilmir. Kəmaləddin Heydərovla Abdulbari Gözəl olan yerdə Elxan Məmmədov kimdir ki?!

Bu yazını heç də uzuna uzatmaq lazım deyil. Bu Elxan Məmmədovsuz Azərbaycan futbolu çiçəklənər. Amma vaxtsız gəlib çiçəklərin şirəsini sovuraraq onları qurudan arıya bənzəyən Məmmədov bir bəla olub, keçib futbolumuzun başına. Bircə onu bilirəm ki, bu Elxan olmasa, futbolumuz xan kimi yaşayar.

P.S. Elxan Məmmədov bəlasının  Azərbaycan futbolundan əl çəkməsi üçün salavat zikr edin!

P.S.S. Elxan Məmmədov “barmağının” Azərbaycan futbolunun üstündən götürülməsinin məhvinin nabud olması üçün salavat zikr edin.

Vüsal HACI



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail