AFFA-nın 4 daimi, bir sürü də müvəqqəti adaxlısı... ... VƏ YA MOLLANIN "GÖY MUNCUĞU"

27.02.2017 | 23736 dəfə oxunub

Pereval qalxan maşın nasazlıq üzündən arxaya getməsi kimi, Azərbaycan futbolunun da üzü qabağa baxıb, dala-dala hərəkətdə olması ağıllı azarkeşə sir deyil. “Neftçi”nin başlatdığı və “Qarabağ”la “Qəbələ”linin neçə ildi davam etdirdiyi Avropa Liqasına qrup oynamaq göstərgəsidə səni aldatmasın. Heç bu komandaların çempionatda xal itirməsidə gərginlik var deyə düşündürməsin beynini.

Ağıllı azarkeş, sən bir kişi kimi düşün, “Xəzər Lənkəran”ın, “Bakı”nın zamanında olduğu kimi indi də maraqlı çempionat izləyə bilirsənmi?

AFFA prezidenti Rövnəq Abdullayevin başından edib Elşad Nəsirovla Elxan Məmmədova həvalə etdiyi Azərbaycan futbolu elə SOCAR rəhbərinin başçılıq etdiyi şirkət çempionatından bir balaca fərqlənir. Premyer Liqada olan 8 klubdan indi düz 4-ü Elxan Məmmədovun kurasiyasındadı. Bir çempionatın ki, komandalarının yarısına Elxan baxır, ölkə futboluna o nəzarət edir... AzTV-yə baxmaq belə çempionatı izləməkdən daha səmərəli olar!...

Premyer Liqadanı qoyuram kənara. Yadıma lap I divizion düşdü. Burda vəziyyət daha şəffafdı. Əsas çempionatdan fərqli olaraq, aşağı liqada bütün klublara pulu AFFA verir. Yox, lap insafsız davrandım. 14 klubdan MOİK-lə “Şərurspor” AFFA-nın cibindən maliyələşmir. Yerdə qalan 12 klubun “anası” ayrı olsa da, hamısı bir “kişiyə”  bağlıdır.

AFFA cibindən pul ayırdığı bütün klublara da söz verib ki, yer tutsalar, gələn mövsüm Premyer Liqada oynayacaqlar. Lap mollanın bir əhvalatı yadıma düşdü...

Mollanın iki arvadı varmış. Bu arvadlar arada gecələr mollanı sıxışdırırlarmış. Tez beyninizə 18+ gətirməyin. Molla gecə evə gələndə arvadlar “molla, ən çox hansımızı çox istəyirsən” sualıyla düşürlərmiş kişinin üstünə. Yazıq molla nə desin? Bunu desə o biri küsəcək, o birin desə bu biri. Mollada ağılsız deyil ki! Gedir bazara, iki göy muncuq alır. Gətirir arvadların bir-birindən xəbəri olmadan hərəsinə birin verir və tapşırır ki, “deyəndə hansımızı çox istəyirsən” “göy muncuq kimdədi onu deyəcəm, o zaman özün biləcəksən”. Arvadlar bir birindən xəbərsiz göy muncuğu gizlincə gizlin yerlərində saxlayaraq, özlərinə təsəlli verirlərmiş, mollanın da başı=beyni dinc qalırmış.

İndi, molla dəstiri, AFFA də hər kluba bir “göy muncuq” verib, onlar danışanda bu yolla başların qatır.

Molla demişkən, AFFA lap əsil islami qaydada idarə edir ölkə futbolun. Müqəddəs dinimizə görə kişi gücü çatırsa 4 daimi, bir neçə də müvəqqəti adaxlı saxlaya bilər. Bularda 4 daimini Premyer Liqada, bir sürü müvəqqətini də I divizionda fırladırlar.

Vallah, halal olsun deməkdən başqa bir çarə qalmır.

Vüsal BƏBİRLİ



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail