"Neftçi" rəhbərliyi hansı həddə ağılsızdı? - Yazı

20.08.2019 | 4584 dəfə oxunub

Üzr istəyirəm, eşşək bir dəfə düşdüyü bataqlığa ikinci dəfə girməz. Eşşək haa eşşək...

"Neftçi" boyda klub Bordinlə nə az nə çox 3 dəfə bataqlığa düşüb də, batıb da, amma yenə də o bataqlığa istiqamət alaraq gedirlər. Necə? Sayaq da

BİR - "Uypeşt"lə ilk oyunda ideala yaxın oyun və 3-1 hesablı qələbə. Hər kəs havada uçur, növbəti mərhələnin iyi gəlir. Bir həftə sonra cavab görüşündə vurulan 4 qol, başda Bordin olmaqla bütün heyəti başqa iyidə boğur. Fıs! "Neftçi" rəhbərliyi iyinin fərqində olmur...

İKİ - Macarıstan fiaskosu qulağardına verilərək yeni mövsümə start verildi. İşlər pis getmirdi. Hər şey "Neftçi"nin xeyrinə işləyirdi. Komanda qış toplanışından qayıdanda əsas rəqibi "Qarabağ"dan nə az nə çox 5 xal öndəydi. O əsas rəqib ki, avrokuboklarda qrup oynayırdı, baş məşqçi heyəti milli komandanı çalışdırırdı. Mövsümün sonu ikinci "UYPEŞT" faciəsi yaşandı. Bordinin geydirmə əvəzetmələri fonunda komanda əsas rəqibinə 8 xal fərqlə çempionluğu bağışladı. Bunu ancaq avamlar bacarardı. "Neftçi" rəhbərliyi yenə görməzdən gəldi ...

ÜÇ- Komanda avrokuboklara küçə komandası təsiri bağışlayan "Sperantsa"nı keçməklə start verdi. İkinci rəqib kifayət qədər dişli rəqib sayılan "Arsenal" oldu. Heç kəsin gözləmədiyi halda möhtəşəm iki oyunla bu komanda da avrokuboklardan uzaqlaşdırıldı. Göstərilən oyun həm də onu göstərdi ki, bu komandanın qrupa düşmək potensialı var. Sadəcə düzgün, eyforiyaya qapılmamaq və mübariz oynamaq şərtdi. "Bney Yehuda" ilə oyunlar göstərdi ki, hazırkı "Neftçi"də bunların heç biri yoxdu. Məncə, sadalanların komandada olması birbaşa baş məşqçi ilə bağlılığı var. Amma rəhbərlik baş verənlərə yenə susdu ...

DÖRD- "Neftçi" yeni mövsümə yenə Bordinlə start verdi və startdaca büdrədi. Bu büdrəməni normal qəbul edirəm. Hazırkı "Sabah"ı yaxından izləyən biri kimi deyə bilərəm ki, əlahidə bir şey baş verməsə, hələ çoxlarını büdrədəcək və elə ilk üçlükdə də qərar tutacaq. Amma oyundan sonra səhvlərdən, görüləcək işlərdən danışmalı olan Bordin azarkeşlərdən danışdı. Onları kənar şəxslər, öyrədilmiş adamlar adlandırdı. Bununla da ən böyük bataqlığa ayağını, başını, burnunu nə bilim bütün bədənini soxmuş oldu. Amma hələ də "Neftçi" rəhbərliyindən səs çıxmır ki, çıxmır ..

PS: Bordinin hər dəfə daha dərin bataqlığa düşüb-çıxıb, yenidən düşməsini hardasa başa düşmək olar. Çoxuna ayda 60min manat versən, düşüb o bataqlıqda yaşayar da. Bəs "Neftçi" rəhbərliyi? Bataqlıqdan xoşunuz gəlir, iyisindən yoxsa oxşatmadan?


Xanoğlan İmanov



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

21.02.2020

12:41  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

03:39  APOEL - "Bazel" - 0:3 VİDEO

03:22  "Bayer" - "Portu" - 2:1 VİDEO

02:07  ÇFR - "Sevilya" - 1:1 VİDEO

02:01  "Xetafe" - "Ayaks" - 2:0 VİDEO

20.02.2020

19.02.2020

12:31  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:56  "Borussiya" - PSJ - 2:1 VİDEO

18.02.2020

00:18  Ramil Şeydayev "Sabah"da - Rəsmi

17.02.2020

14:16  "Azərbaycanda çox qalmaq istəmirəm" - Ramil Şeydayev

16.02.2020

20:50  "Neftçi" və "Səbail"dən qələbə - YENİLƏNİB

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ