Polad Əmi (Polad Həşimov haqqında)

02.01.2021 | 2242 dəfə oxunub

1994-cü ilin yazı idi... Cəmi 8 yaşım vardı, amma hər şeyi olduğu, sanki bu gün olubmuş kimi xatırlayıram. Bibioğlu Bakıdan qız qaçırıb, bizə gətirmişdi. Onda hərbiçi idi, eyni yerdə iki bibim oğlu, iki əmim oğlu vardı, Laçın batalyonunda. Sonrakı söhbətlərdən anladığım o idi ki, laçınlı Tahir Süleymanov Kombat, General Zaur Rzayev isə onların Korpus Komandiri idi.

Xülasə, bibioğlunun qız qaçırmasından sonra qız evi şikayət falan etmişdilər, toy biraz gecikirdi. Bəyimizin hərbiçi dostları da bizə gəlmişdilər, dəstək xarekterli... Bibioğlunun iki yaxın dostu vardı, birinin adı Polad, digərinin adı isə Xəqani idi. Olar da bizə gəlmişdilər, kəndə. İmişli rayonu, Ağaməmmədli kəndi. Bir neçə gün bizdə də qaldılar. Bütün günü yeyib içmək idi. Balaca uşaq idim. Bibioğlunun hərbiçi dostlarından mənlə daha çox maraqlanan Polad idi. Polad əmi deyirdim. Sanki sarışın, arıq, hüdür əmi (oğlan) idi.

Əmim oğlu İltizam mənə bıçaq vermişdi, taxta qoyub atırdım ki, batsın. Amma düzgün atmırdım. Polad əmi də baxıb gülürdü... Taxtanı götürüb setkaya bağladı, sonra əlimdən tutub - bıçağın uc nahiyəsindən tutub atmalı olduğumu başa saldı... Bir günə tam olaraq bıçaq atmağı öyrətdi mənə. Atam da deyirdi ki, "sən canın öyrətmə, sora özün doğrayıb edər"...

Qısası, bir neçə gün sonra toy oldu, gəlini bizdən götürməyə gəlmişdilər, təbii ki... Muzkantlar da klarnetçi, nağaraçı, qarmonçu, bir də video çəkən. Qapımızda bir Yanıq Kərəmi çaldılar, Polad əmi də nə oynayırdı... 

Ondan sonra da bir neçə dəfə bizə gəldi, hər dəfə də gələndə "ata bilirsən yaxşı" deyə sual verirdi. Tez bıçağı götürüb atırdım, Polad əmi də "sənöl halaldı" deyərdi.

O günlərdə evdə söhbət düşmüşdü, atamla danışırdıq. Söhbət Polad Həşimovdan da düşdü. Azərbaycanımızın milli qəhramanı, qürür yerimiz, şəhidimiz Polad Həşimovdan. Atam başa saldı ki, o vaxt bizə gələn Polad əmi elə Polad Həşimov imiş. Sən demə, daha əvvəl də bibim və əmim oğluyla bizə gəlibmiş. İlk dəfə bizə gələndə isə Zəngilan alınanda (ermənilər tərəfindən) ordan İrana keçib, İrandan da birbaşa bizə gəlibmiş. İndi atam anladanda ki, o Polad əmi, Polad Həşimov imiş... həqiqətən halım tam olaraq dəyişdi. 34 yaşım olanda ölümünə göz yaşı tökdüyüm bir qəhraman sən demə, 8 yaşım olanda əlimdən tutub mənə bıçaq atmağı öyrədirmiş. İnanın, bunu sözlə ifadə edə bilmərəm... Sadəcə qəhər boğdu, yenə göz yaşlarıma hakim ola bilmədim... Bunlar hansı hislərdi, heç özüm də anlamağa çətinlik çəkirəm...

Yaşasaydın bu gün 45 yaşın tamam olacaqdı. Səni anlatmağa, tanıtmağa heç bir gərək yoxdur. Hər şey sənin şəhadət şərbətini içməyinlə başladı, Polad Əmi. Məkanın, cənnətdir, buna şübhə yox. Amma yenə də, demək borcumuzdur, Allah səni rəhmıt etsin, ruhun şad, yerin behişt olsun, mənim Polad Əmim.

Vüsal Hacı





Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

11.04.2021

04:15  "Parma" - "Milan" - 1:3 VİDEO

04:08  "Strasburq" - PSJ - 1:4 VİDEO

10.04.2021

19:58  "Neftçi" Qəbələdə xal itirdi - YENİLƏNİB

17:11  “Sabah” –“Səbail” - HEYƏTLƏR

16:15  “Qəbələ” – “Neftçi” - HEYƏTLƏR

11:40  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

09.04.2021

11:37  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

08.04.2021

11:58  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:19  "Portu" - "Çelsi" - 0:2 VİDEO

01:16  "Bavariya" - PSJ - 2:3 VİDEO

07.04.2021

13:27  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

00:57  "Real" - "Liverpul" - 3:1 VİDEO

05.04.2021

00:25  "Neftçi"ni yaxşı analiz etmişdik" - Ayxan Abbasov

04.04.2021

20:31  "Qarabağ" liderliyə yüksəldi - Yenilənib

17:30  "Keşlə" "Qarabağ" - heyətlər

17:10  "Sabah" - "Qəbələ" - heyətlər

03.04.2021

20:56  "Son nöqtəni qoya bilmədik" - Aftandil Hacıyev

19:50  “Səbail” “Zirə"ni qəbul edir - YENİLƏNİB

17:04  "Səbail" "Zirə" - Heyətlər

01:32  Pike sağalıb

01.04.2021

   
  O Q H M T-f X
1. Sumqayıt 4 2 1 1 6-4 7  
2. Sabah 3 2 1 0 5-2 6  
3. Neftçi 3 2 0 1 4-4 6  
4. Keşlə 3 1 2 0 1-0 5  
5. Qarabağ 4 1 2 1 5-4 5  
6. Zirə 3 1 1 1 3-4 4  
7. Qəbələ 3 0 2 1 1-4 2  
8. Səbail 3 0 0 3 3-6 0  
27.09Neftçi ---Qəbələ
26.09Səbail ---Sabah
26.09Keşlə ---Zirə
25.09Sumqayıt 2-2Qarabağ
02.10Səbail -Keşlə
03.10Qəbələ -Sumqayıt
03.10Zirə -Neftçi
04.10Qarabağ -Səbail