Novruz Əzimov tarixi şansı qaçırdı

13.07.2012 | 8238 dəfə oxunub

“Bakı”nın baş məşqçisi Novruz Əzimov komandanın tarixinə düşmək şansını qaçırıb. Stadium.az xəbər verir ki, Əzimov “zolaqlılar”la avrokuboklarda mərhələ adlayan ilk azərbaycanlı məşqçi ola bilərdi. Amma “Mura” buna imkan vermədi. Müxtəlif vaxtlarda klubda çalışan yerli mütəxəssislərdən heç biri “Bakı” ilə avrokuboklarda sevinc yaşamayıb. Əsgər Abdullayevin qarşısını “Jlina” kəsdiyi halda - 1:0; 1:3, Böyükaağa Hacıyev əvvəlcə “Sioni” “sədd”ini aşa bilməmişdi - 0:2; 1:0, daha sonra isə onun üçün “Daçiya” keilməz olmuşdu - 1:1, 1:1 p. 2:4. Göründüyü kimi Novruz Əzimovun “Bakı”nın tarixinə düşmək üçün gözəl fürsəti olsa da, o bundan yararlana bilməyib.

Əzimov həm də “Bakı”nı avroliqada növbəti mərhələyə daşıyan ilk baş məşqçi ola bilərdi. Axı komanda indiyədək tarixində cəmi 1 dəfə qitə kuboklarında mərhələ adlayıb. 3 il öncə Coko Haciyevskinin çalıdırdığı “Bakı” Çempionlar Liqasında Litva “Ekranas”ını mübarizədən kənarlaşdırmışdı. Sonradan “Levski”yə uduzan Haciyevskinin komandası avroliqanın play-offunda İsveçrə “Bazel”indən zəif olmuşdu. 2 il qabaq isə Vinfred Şeferin rəhbərbərliyi altında “Bakı” Çernoqoriyanın “Buduçnost” klubunu hər iki oyunda məğlub etsə də, Joel Epalllenin cəzalı olaraq meydana çıxması təmsilçimizin Avroliqanın üçüncü mərhələsində Danimarka klubu ilə oynamasına mane olmuşdu.

Qeyd edək ki, “Bakı” 7 il qabaq Slovakiya təmsilçisi “Jlina” ilə qarşılaşarkən Əzimov komandada ikinci məşqçi, Əsgər Abdullayevin köməkçisi kimi çalışırdı.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail