Kamran Ağayev: "Həmin hakimdən üzr istəyirəm"

29.03.2012 | 7888 dəfə oxunub

"Adətən, nə danışırsansa, hamısını aparıb "Neftçi"yə bağlayırlar. Mənim dediyim sözlərin "Neftçi" klubuna heç bir aidiyyatı olmayıb, sadəcə, hakimliyi nəzərdə tutmuşam". Bu sözləri Stadium.az-a açıqlamasında "Xəzər Lənkəran"ın qapıçısı Kamran Ağayev deyib. O, "Neftçi" ilə oyundan sonra "Heç kim bizi halal yolla uda bilməz" sözlərinə aydınlıq gətirərkən bu sözləri dilə gətirib:

"Həmin an dediklərimin hamısı hakimliklə bağlı olub. Şəxsən mən komandamın qələbə qazanması üçün hər yola əl ataram. "Neftçi" də belə edə bilər. Buna görə də mən kiməm ki, "Neftçi" haqqında nəsə deyim. Hakimlər oyunu kişi kimi idarə etsə, biz hər oyun qələbə qazanarıq. Kimsə bizi uda bilməz. Həmin anda da mən tribunaya yönələrək bu sözləri işlətdim. Orada bir nəfər mənə əl hərəkəti etdi ki, danışma. Mən də dedim ki, "Niyə danışmıram?! Haqqım yoxdur?!". Amma oyundan sonra videolentə baxdıq və gördüm ki, hakim həqiqətən də oyunu yaxşı idarə edib. Buna görə də dediyim sözlərə görə həmin hakimdən üzr istəyirəm. İnsanıq də, bilmədim, əsəbləşmişdim, danışdım".

Kamran Ağayev daha sonra ad açıqlamasa da, bəzi insanları aranı qarışdırmaqda günahlandırıb: "Bəzi insanlar istəyirlər ki, qalmaqal olsun. Yenə deyirəm, onlar "Neftçi" ilə mənim aramı qızışdırmaq istəyirlər. "Neftçi"də iki nəfər var ki, onlara görə başqa şey danışmaq istəmirəm. Həmin insanlar klubun prezidenti Sadıq Sadıqovla, direktoru Güloğlan Cabbarovdur. Bu iki insana böyük hörmətim var. Onlar futbolumuzun inkişafı üçün əllərindən gələni edirlər. Bir çoxlarının gözü də bunu götürmür. Məhz Sadıq müəllimlə Güloğlan müəllimə görə də, oradakı digər insanların haqqında danışmaq istəmirəm. Çünki onlar futboldan kənar adamlardır".

Kamran daha sonra bildirib ki, belə derbilər öncəsi bir qədər iddialı danışıb intriqanı artırmaq lazımdır: "Bu derbidən kim həzz aldı? Heç kim. Bu qarşılaşma heç kimi qane etmədi. Çünki çox maraqsız oyun oldu. Buna görə də, belə oyunlardan qabaq ara qızışdıracaq açıqlamalar vermək lazımdır ki, qarşılaşma da maraqlı alınsın".

Tahir BİNNƏTLİ 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail