Fatih Kavlak "torbasının tikilməsi" ilə bağlı danışdı - MÜSAHİBƏ

02.04.2012 | 9817 dəfə oxunub

“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak Stadium.az saytına müsahibə verib. Son günlər ortaya atılan iddialara münasibət bildirən türkiyəli mütəxəssis daha sonra bir neçə sualı cavablandırıb.

- Son günlər mətbuatda söz-söhbət dolaşır ki, komandada sizi istəməyən qüvvələr var...
- Açığı, bu barədə eşitməmişəm. Komandada vəziyyət yaxşıdır. Futbolçular üzərlərinə düşəni yerinə yetirirlər və hazırlaşırlar. Bu məlumatların haradan çıxdığını anlaya bilmirəm.

- “Bakı” ilə oyunda hesabda öndə olan “Qəbələ”nin sonradan fərdi səhvlər ucbatından məğlub olması da bu amillə əlaqələndirilir... 
- Bu, futboldur. Heç kim səhvdən sığortalanmayıb. Futbolçu səhv edə bilər. Bunun qərəz olduğuna inanmıram. Ümumiyyətcə, bu söz-söhbətlər barədə münasibət açıqlamağı doğru hesab etmirəm. Çünki məlumatım yoxdur.

- Deyilənə görə, hətta sizin yerinizə komandaya gətirilməsinə çalışılan məşqçinin də adı məlumdur..
- Əgər bu məlumatı verən mənbənin əlində daha dəqiq sübutlar varsa, buyursun, ictimaiyyəti məlumatlandırsın.

- Bəs, sizcə, hesabda öndə olan “Qəbələ”nin “Bakı”ya uduzmasına səbəb nə oldu?
- Matçın müəyyən bölümlərində oyuna nəzarəti və meydandakı intizamı əldən verdik. Doğrudur, bu, çox çəkmədi, ancaq bir neçə dəqiqə də olsa, bəs etdi. "Bakı" təzyiqi artırdı və gözlənilən oldu. Sonda komandamız uduzdu.

- Bu məğlubiyyətdən sonra turnir cədvəlində komandanızın vəziyyəti pisləşdi. "Bakı"da "Qəbələ"yə yaxınlaşdı...
- Elədir, amma turnir cədvəlindəki vəziyyəti və bizim məqsədimizi nəzər alanda “Bakı” ilə mübarizə aparmadığımızı görərik. Əsas məqsədimiz Avrokuboklarda iştirak etməkdir. Bunun üçün də ancaq ardıcıl qələbələr qazanmalıyıq.

- Bundan sonra “Qəbələ”nin Avrokuboklara vəziqə qazanma şansını necə qiymətləndirirsiniz?
- "Bakı" ilə oyunda məğlub olmağımız üst sıralardakı komandalarla xal fərqini aradan qaldırmaq və onları keçmək imkanlarımızı azaltdı. Ancaq bu yenilgini unudub növbəti oyunlara hazırlaşmağa çalışırıq. Bütün matçlara qələbə üçün çıxacağıq.

- Növbəti turda “Qəbələ” “Xəzər Lənkəran”ı qəbul edəcək. Komandanız hazırda Lənkəran təmsilçisindən 6 xal geridədir...
- Bəli, mən dediyim məqam da məhz budur. Bizim əsas rəqiblərimizdən biri də “Xəzər Lənkəran”dır. Bundan sonra qələbə qazanmaqdan başqa yolumuz yoxdur. Bu oyuna da, bundan sonrakı matçlara da yalnız qələbə üçün çıxacağıq. Çətin oyun olacağını bilirik, ancaq sırf qələbə üçün oynayacağıq.

Tahir BİNNƏTLİ



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail