AFFA İntizam Komitəsindən "İnter"in etirazına rədd cavabı

03.04.2012 | 5549 dəfə oxunub

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Stadium.az xəbər verir ki, iclasda Premyer Liqanın son turunda baş vermiş qayda pozuntuları müzakirə olunub və aşağıdakı qərarlar qəbul edilib.

Azərbaycan Premyer Liqasının XXVI turunun “Xəzər Lənkəran” –  “İnter” matçı başa çatdıqdan sonra  “İnter” klubu hakimliklə bağlı öz etirazını bildirmişdir. İntizam Komitəsi rəsmi sənədləri və matçın videoyazısını izlədikdən sonra aşağıdakı cərimə və cəzaları tətbiq etdir:

“Xəzər Lənkəran” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur. 

Oyunun 28-ci və 86-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.

Oyunun 41-ci dəqiqəsində “İnter” klubunun 29 №-li futbolçusu Əziz Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 74-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun 33 №-li futbolçusu Stefan Bates əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Matçın 85-ci dəqiqəsində “İnter” klubunun 4 №-li futbolçusu Valeri Abramidze hakimi təhqir etdiyi üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub. Futbolçuya verilmiş cəzanın 2 oyunu şərti cəza kimi tətbiq edilib və futbolçuya 6 aylıq sınaq müddəti verilib. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.

Oyun başa çatdıqdan sonra hər iki klubun baş məşqçisi bir-birinə qarşı qeyri-etik munasibət bildirdiyi üçün hər iki məqşçiyə ciddi xəbərdarlıq edilib. Analoji hadisənin baş verəcəyi təqdirdə hər iki məqşçi ciddi cəzalanacaq.

Matçın hakimi haqqında Hakimlər Komitəsi, matçın hakim-inspektoru haqqına isə Hakim-İnspektorlar Komitəsi lazımi ölçü götürüb İntizam Komitəsinə məlumat versin.

Azərbaycan Premyer Liqasının XXVI turunun “Bakı” –  “Qəbələ” matçının 58-ci dəqiqəsində “Bakı” klubunun nümayəndəsi Vüqar Əliyev texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün adıçəkilən şəxs 1 oyunluq cəzalanıb, klub 1000 manat cərimə olunub.  

Azərbaycan Premyer Liqasının XXVI turunun “Qarabağ” –  “Neftçi” matçının 8-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün klub 1000 manat cərimə olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail