Kubok oyunları 4 klubu ziyana saldı

03.04.2012 | 6072 dəfə oxunub

İntizam Komitəsinin bugünkü iclasında Azərbaycan kubokundakı qarşılaşmalar da müzakirə edilib. Stadium.az xəbər verir ki, müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan Kubokunun  AZAL – “Bakı”matçında AZAL klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. 

Oyunun 45+1-ci dəqiqəsində AZAL klubunun 10  №-li futbolçusu Nuqzar Kvirtiya kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub.

Azərbaycan Kubokunun “Neftçi” – “Kəpəz” matçı başa çatdıqdan sonra matçın protokolunda “Neftçi” klubu matçın yekunu ilə bağlı öz etirazını bildirmişdi. İntizam Komitəsi rəsmi sənədləri və matçın videoyazısını izlədikdən sonra aşağıdakı cərimə və cəzaları tətbiq edib:

Matçın 79-cu dəqiqəsində “Kəpəz” klubunun 5 №-li futbolçusu Əli İsmayılov “Neftçi” klubunun 19 №-li futbolçusu Mirhüseyn Seyidova qarşı aqressiv hərəkət etdiyinə görə, “Neftçi” klubunun futbolçusu isə onu təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıqları üçün  hər iki futbolçu 3 oyunluq cəzalanıb, “Kəpəz” klubu 3000 manat, “Neftçi” klubu isə 2000 manat cərimə olunub.

Hər iki futbolçuya verilmiş cəzanın 1 oyunu şərti cəza kimi tətbiq edilir və hər iki futbolçuya 6 aylıq sınaq müddəti verilib. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.

Oyunun 80-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.

Azərbaycan Kubokunun “Xəzər Lənkəran” – “İnter” matçının 83-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail