Mais Mənsimov: "Xəzər Lənkəran"ın heyəti buna tam imkan verir"
“Xəzər Lənkəran” klubunun prezidenti Mais Mənsimov komandanın Azərbaycan Premyer Liqasının son turunda "İnter" üzərində qazanılan qələbəsi haqda danışıb. Stadium.az xəbər verir ki, Mənsimov klubun rəsmi saytına müsahibəsində komandanın hazırkı durumu və bu mövsümdəki şanslarını dəyərləndirib:
- Komandanız müəyyən müddətli qələbəsiz seriyadan sonra nəhayət, son turda üç xal əldə etdi. Bu barədə fikirlərinizi bilmək istərdik...
- Son oyunda komanda baxımlı və üstün oyun nümayiş etdirdi və əlbəttə ki, bu sevindirici haldır. Ardıcıl bir neçə oyunda qalibiyyətin olmamasına baxmayaraq, rəhbərlik olaraq komandaya tam etimad göstərdik. Lənkəranda keçirilən kubok oyunundan sonra futbolçu və məşqçilərlə görüş keçirdik və bir daha öz dəstəyimizi onlara bildirdik. Çox şadam ki, bundan sonra keçirilən oyunda layiqli qələbə qazanıldı. Qarşıdakı görüşlərdə də uğurlu çıxışımızı davam etdirəcəyimizə inanıram.
- Yeni baş məşqçi Yunis Hüseynovun işini necə dəyərləndirərdiniz?
- Yunis Hüseynov ümumilikdə bacarıqlı və karyerası ərzində kifayət qədər uğur qazanmış mütəxəssisdir. Onu bu posta təyin etməyimiz də bu məşqçinin işinə verdiyimiz qiymətdən irəli gəlir. O qısa müddətdir ki, komandamızın sükanı arxasına keçib və sözsüz ki, zamana ehtiyacı var. Klub rəhbərliyi olaraq Hüseynova tam dəstək olduğumuzu bildirirəm. Komandaya inam ilk növbədə baş məşqçiyə olan inamdır.
- Komandanın vacib oyunlar öncəsi son məşqlərini bilavasitə izləmisiniz. Bu barədə fikirləriniz çox maraqlıdır...
- Yaxşı oyunun sərgilənməsi üçün ən əsas təminatçı komanda daxilində yüksək ab-havanın olmasıdır. Komandanın məşqini izləyərkən ilk növbədə bunun şahidi oldum. Bu gün “Xəzər Lənkəran”ın heyətində kifayət qədər təcrübəli və onlarla yanaşı, xeyli sayda gənc futbolçu var. Məşq prosesində hər bir oyunçu əzmlə hazırlaşır və bu çox müsbət haldır. Bu işdə komandamızın məşqçilər korpusunun tələbkarlığı da vacib rol oynayır.
- Artıq futbol mövsümü sona yaxınlaşır və komandanızın şanslarını necə dəyərləndirirsiniz?
- Kubokda çıxışımızı dayandırsaq da, çempionatda var gücümüzlə mübarizəni davam etdiririk. Final mərhələsində bütün oyunlar vacibdir və hər bir matç ciddi hazırlıq tələb edir. “Xəzər Lənkəran”ın güclü heyəti var və bu heyət mövsümü uğurlu nəticə ilə başa çatdırmağa tam imkan verir. Əminəm ki, futbolçularımız stabil olaraq ən yaxşı oyunlarını nümayiş etdirsələr, mövsümü titulla bitirərik. Sözsüz ki, bunun ardından əsas məqsədimiz Avropa yarışlarında uğurlu çıxışdır. Rəhbərliyin dəstəyi, komandanın ciddi hazırlığı və azarkeşlərin inamı sayəsində bu məqsədlərə çatacağımıza inanıram.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |