"Qəbələ"nin məşqçiləri beynəlxalq konqresdə - FOTO

06.04.2012 | 4782 dəfə oxunub

“Qəbələ” Futbol Akademiyasının məşqçilər korpusu  31 mart – 1 aprel tarixlərində Donetskdə keçirilən Beynəlxalq məşqçilik konqresində iştirak ediblər. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Recep Yazıcı (baş məşqçi assistenti), Uğur Kurt (qapıçı məşqçisi), Sənan Qurbanov (U-11 məşqçisi), Zaur Hacıyev (U-10 məşqçisi), Şəhruz Mustafayev (U-9 məşqçisi) qatıldığı və “Şaxtyor” Akademiyası, “Mançester Siti”, “Portu”, “Verder Bremen” nümayəndələrinin təqdimatında baş tutan konqresdə müxtəlif ölkələri təmsil edən 400 məşqçi iştirak edib. Məşqçilərin ustalıq səviyyəsinin, nəzəri və praktiki biliklərinin artırılması məqsədi ilə gerçəkləşən səfər “Şaxtyor” – “Qəbələ” əməkdaşlığı çərçivəsində baş tutub. 

Məşqçi heyətinin ustalıq səviyyəsinin artırılmasına xüsusi diqqət ayıran “Qəbələ” bu sahədə “Barselona” ilə də əməkdaşlıq edir. Sözügedən əməkdaşlıq çərçivəsində əvvəlcə İspaniya klubunu təmsil edən məşqçilər heyəti Qəbələdə olmuş və nəzəri-praktiki məşğələlər təşkil etmişdilər. Daha sonra isə “Qəbələ” Futbol Akademiyasının məşqçilər korpusu Barselonaya səfər etmiş və İspaniya nəhənginin futbol ənənələri ilə yaxından tanış olmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail