Tsxadadze atasına təşəkkür etdi

09.04.2012 | 6186 dəfə oxunub

“İnter”in hücumçusu Baçana Tsxadadze klubun rəsmi saytına müsahibə verib. Stadium.az xəbər verir ki, hesabat turunda “Qarabağ”la matçın sonunda bərabərlik qolunu vuran futbolçu bu və XXVIII turunun “Neftçi” ilə oyunu haqda danışıb.

- “Qarabağ”la qarşılaşma çətin və kifayət qədər maraqlı keçdi. Oyunla bağlı təəssüratlarınız necədir? 
- Oyun çox yaxşı alındı. Məhz belə matçlar da çempionatı bəzəyir. Düşünürəm ki, hər 2 komanda Azərbaycanı avrokuboklarda təmsil etməyə layiqli oyun nümayiş etdirdi. Etiraf edim ki, “Qarabağ”ın oyunu məndə rəğbət doğurur. Bu komandaya qarşı oynamaq həmişə maraqlıdır. Təəssüf ki, biz acınacaqlı qol buraxdıq, ancaq yaxşı ki, cavab qolu vurmağa nail olduq.

- Matçadək səhhətinizlə bağlı problem vardı. Yüksək temperatura görə bir neçə məşqi buraxmalı olmuşdunuz... 
- Səmimi deyim ki, buna görə mən komandayla 6 gün ərzində məşq etmədim. Oyuna 1 gün qalmış uşaqlarla birlikdə cəmi 1 məşq keçirdim. İdeyaya görə, mən “Qarabağ”la qarşılaşmada meydana çıxmamalıydım, lakin son anda adımın iştirak vərəqəsinə salınması qərara alındı. Mənə göstərilən etimada görə məşqçilər heyətinə təşəkkür etmək istəyirəm. Bundan sonra da etimadı doğrultmağa çalışacağam.

- “İnter” ardıcıl 3 məğlubiyyətdən sonra “Qarabağ”la oyunda bu xoşagəlməz seriyanı qırdı. Necə düşünürsünüz, bu qarşılaşmanın komandanın o qədər də yaxşı olmayan psixoloji vəziyyətdən çıxmasına və yenidən öz gücünə inamının artmasına kömək edəcəkmi? 
- Fikrimcə, “Qarabağ”la matçadək biz bu vəziyyətdən çıxmışdıq. Komanda ötən oyunlarda məğlub olmuşdu, amma indi biz yenidən öz gücümüzə inandıq və bu vəziyyət də oynumuzda mütləq müsbət əks olunmalıdır.

- “Neftçi” ilə qarşıdakı matç barədə nə deyə bilərsiniz? 
- Düşünürəm ki, “Neftçi” - “İnter” matçının afişası artıq çox şeydən xəbər verir. Bu, hər 2 komanda üçün çox vacib oyun olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail