"Xəzər Lənkəran" tarixində rekord nəticə

10.04.2012 | 4798 dəfə oxunub

"Xəzər Lənkəran" yeni rekorda imza atıb. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda tarixində ilk dəfə final mərhələsində ardıcıl 2 qələbə qazanıb.

Premyer Liqanın ХXVII turunun “Qəbələ” ilə səfər matçında 1:0 hesablı qələbə qazanan "Xəzər Lənkəran" ötən tura “İnter”lə görüşdə olduğu kimi (2:0) yenə meydandan 3 xalla ayrılıb.

“Xəzər Lənkəran”ın Premyer Liqa tarixində daha uzun, hətta 13 oyunluq qələbə seriyası da olub. Lakin 3-cü mövsümdür ki, 2 mərhələdə keçirilən çempionatın həlledici oyunlarında komanda heç vaxt qələbənin ardından qələbə qazanmayıb.

2009/10 mövsümündə final mərhələsinin 10 oyununda 3 qələbə qazanan “Xəzər Lənkəran” 23, 26 və 28-ci turlarda, yəni, fasilələrlə qalib gəlmişdi. 2010/11 mövsümündəki 10 matçda qeydə alınan 2 qələbə isə 28 və 31-ci turlarda gerçəkləşmişdi. Cari mövsümün final mərhələsində isə baş tutan 65 oyununda 2 qalibiyyəti olan Lənkəran təmsilçisi bunları son 2 matçda – 26 və 27-ci turlarda gerçəkləşdirib. Bu isə komandanın tarixində Premyer Liqanın final mərhələlərindəki rekord seriyasıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail