Maksim Medvedev: "Bu, onların son şansıdır"

10.04.2012 | 5890 dəfə oxunub

“İnter” mübarizəyə üstünlük verən futbol nümayiş etdirir. Müəyyən bir sistemləri var, ondan kənara çıxmırlar. Biz qol vurduqdan sonra daha yaxşı oynamağa başladıq. Əfran və Raufla qola yaxın olduq. Hər şeyin bitdiyi anda “İnter” hesabı bərabərləşdirdi. Təbii ki, belə çətin oyunda qələbə qazanmaq istəyirdik. Üstəlik, belə məqamda 3 xalı vermək heç yaxşı olmadı. Amma qarşıda 5 oyun var. Üstəlik, kubokun da yarıfinalındayıq. Sona qədər mübarizə aparacağıq”. Stadium.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Maksim Medvedev deyib.

Maksim adətən “Qarabağ”ın künc zərbələri zamanı müdafiə mövqeyində qərarlaşır. Maraqlıdı ki, müdafiəçinin belə standardlar zamanı rəqib qapısına getməsi effekti olur. O, “Qəbələ”ylə oyunda hücuma qoşulan 5 nömrə komandasına penalti qazandırmışdı: “Adətən, künc zərbələri zamanı Qurban müəllim məni arxada saxlayır. Rəqibin mümkün olacaq sürətli hücumlarına görə. Bu oyunda Əfranla Rauf start heyətində olmadığına görə baş məşqçimiz matçdan öncə standard vəziyyətlərdə irəli getməyi tapşırmışdı. Qol vurmağımda Admir Telinin sona qədər mübarizə aparmağının da rolu oldu. Hə, düzdü, “Qəbələ”ylə oyun da standard vəziyyətdən penalti qazandırmışdım. Amma harda daha effektli olmağıma baş məşqçi qərar verir. Yaxşı mövqe seçməyimi mənim deməyim düzgün olmaz”.
 
“Qarabağ” çempionatda ən az qol buraxan 2 komandadan biri olmaqla yanaşı, müdafiəçilər də məhsuldarlığı ilə seçilir. İndiyə kimi, Rəşad Sadıqovla Maksim 2, Aqolli və Teli hərəyə bir dəfə fərqləniblər. Deyəsən, müdafiəçilərin faydalı iş əmsalının daha faydalı olduğu önə çıxır: “Deməzdim ki, hücumçularımız zəifdi. Sadəcə, biz 4-müz və öndə oynayan Namiqlə uzun müddətdi birlikdə çıxış edirik. Bu da bizim işimizə yaxşı mənada təsir göstərir. Yaxşı anlaşmamız qapımızı toxunulmaz  saxlamağa kömək edir”.
 
Maksim “Qəbələ” ilə oyun barəsində nikbindi: “Cari mövsüm artıq 6-cı dəfədi “Qəbələ” ilə qarşılaşacağıq. Amma hələ ki, qələbəmiz yoxdu. Məncə, artıq tilsimi qırmaq zamanıdı. Düzdü, qəbələlilərin hücum xətti olduqca güclüdü. Barton, Mendi, Dodo, Kamanan hər birinin güclü tərəfləri var. Üstəlik, bu “Qəbələ” üçün avrokubok yolunda son şans olduğuna görə oyuna yüksək mötivasiya ilə çıxacaqlar. Amma biz də eyni məqsəd üçün ora yollanacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail