Yunis Hüseynov: "Bakı" ilə aramızda hansısa prinsipiallıq yoxdur"

11.04.2012 | 6636 dəfə oxunub

Premyer Liqanın 28-ci turunda səfərdə “Bakı” ilə qarşılaşacaq “Xəzər Lənkəran” komandasının baş məşqçisi Yunis Hüseynov qarşılaşma barədə fikir bildirib. Stadium.az-a açıqlama verən Hüseynov qarşılaşmanın çətin keçəcəyini söyləyib:

“Ümumiyyətlə, “altılıq”da hər oyun çətindir. Bu oyun da onlardan biridir. Deməzdim ki, komandalar arasında hər hansı bir prinsip var. Mən belə düşünmürəm. “Bakı” güclü komandadır. Bir neçə tur öncə Lənkərandakı qarşılaşmada “Bakı” çox gözəl oynadı və qələbə qazandı. Bu dəfəki oyunun da çətin keçəcəyini bilirik. Heyətdə sadəcə bir itkimiz var. Rahid Əmirquliyev sarı vərəqə limitini doldurduğu üçün bu oyunu buraxacaq”.

Son turda iki hücumçu ilə mübarizə aparmış “Xəzər Lənkəran”ın baş məşqçisi “Bakı” ilə qarşılaşmada bunu davam etdirib-etdirməyəcəyini müəyyənləşdirmədiyini deyib: “Düzü, hələ bu barədə dəqiq bir fikrə gəlməmişəm. Bunu “Bakı”nın oyununu araşdırdıqdan sonra müəyyənləşdirəcəm. Yəqin ki, bu gün və ya sabah buna aydınlıq gətirəcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail