Qurban Qurbanov: "Qarabağ"ın çempionluq şansı qalmayıb"

12.04.2012 | 5216 dəfə oxunub

Premyer Liqanın başa çatmasına 5 tur qalıb. Artıq çempionluq və Avrokuboklara vəsiqə uğrunda mübarizədə 4 komandanın iddialı olduğunu deyə bilərik. Bunlardan biri də “Qarabağ”dır. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bu barədə “Qafqazinfo”ya açıqlama verib. Təcrübəli mütəxəssis çempionluq şanslarının az olduğunu qeyd edib: “Sona 5 tur qalıb və biz ilk pillədəki “Neftçi”dən 7 xal geridəyik. Real yanaşsaq, artıq “Qarabağ”ın çempionluq şansları qalmayıb. Buna baxmayaraq, birincilik uğrunda sona kimi mübarizə aparacağıq. Avroliqaya qatılmaq şansımız izə daha böyükdür. Növbəti turda “Qəbələ” ilə qarşılaşacağıq. Rəqib güclüdür. Həm də bilirik ki, bu oyun onların Avrokuboklara vəsiqə qazanmaq üçün son şansıdır. Bu səbəbdən oyun çox çətin olacaq”.

Bu mövsüm Avropa Liqasının 3-cü təsnifat mərhələsində mübarizəni dayandıran “Qarabağ”ın çalışdırıcısı qrup mərhələsinə vəsiqə qazanmaq üçün Çempionlar Liqasının daha əlverişli olduğunu bildirib: “Çempionlar Liqası Avroliqadan daha gec başlayır və belə olan halda hazırlaşmaq üçün daha çox vaxtımız qalır. Həmçinin ÇL-də mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayırıq. Münasib rəqiblər olsa, qrup mərhələsinə vəsiqə qazana bilərik. Avrokuboklara vəsiqə qazansaq, heyəti gücləndirmək barədə də düşünəcəyik. Lakin hələ ki diqqətimizi çempionat oyunlarına vermişik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail