"Xəzər Lənkəran"ın "Bakı" ilə 29-cu dueli

12.04.2012 | 5301 dəfə oxunub

Premyer Liqanın XXIV turunda “Bakı” ilə qarşılaşan “Xəzər Lənkəran” XXVIII turda yenə eyni rəqiblə üz-üzə gələcək. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, cəmi 25 gün öncə, martın 19-da Lənkəranda qonaq etdiyi paytaxtın eyniadlı təmsilçisi ilə bu dəfə səfərdə qarşılaşacaq komanda həmin məğlubiyyətin (0:1) əvəzini çıxmağa çalışacaq.

Səfər görüşü həm də bu rəqiblə oyunların ümumi balansında tarazlıq yaratmaq şansıdır. Belə ki, 29-cu duelədək baş tutan 28 matçda “Bakı” 9, “Xəzər Lənkəran” 8 dəfə qalib gəlib. Qalan 11 matç isə heç-heçə ilə bitib. Top fərqində isə Lənkəran təmsilçisi böyük üstünlüyə malikdir – 27:22. Bu da “Xəzər Lənkəran”ın rəqibini 3 dəfə eyni – 3:0 hesabı ilə darmadağın etməsi ilə bağlıdır.
 
Əvvəlki 28 oyunun 21-i çempionat, 7-si kubok yarışlarında olub. "Xəzər Lənkəran" Premyer Liqada 6 dəfə məğlub etdiyi rəqibə 5 dəfə uduzub. 10 dəfə komandalar “sülh”lə ayrılıblar. “Bakı”nın qapısına 22 top vuran “Xəzər Lənkəran” öz qapısına cəmi 14-nü buraxıb.



2004/05  22.08.2004  çempionat                      səfər    0:2
2004/05  23.02.2005  çempionat                      evdə     2:0
2005/06  22.08.2005  çempionat                      evdə     0:1
2005/06  17.02.2006  çempionat                      səfər    1:1
2006/07  26.08.2006  çempionat                      evdə     1:0
2006/07  26.02.2007  Kubok, ¼ final,  ilk           səfər    2:0
2006/07  04.03.2007  Kubok, ¼ final, cavab      evdə     0:1
2006/07  17.03.2007  çempionat                      səfər    0:0
2007/08  04.11.2007  çempionat                      səfər    2:2
2007/08  04.05.2008  çempionat                      evdə     0:0
2008/09  26.10.2008  çempionat                      səfər    0:0
2008/09  25.02.2009  Kubok, ¼ final, ilk            evdə     0:1
2008/09  11.03.2009  Kubok, ¼ final, cavab       səfər    2:2
2008/09  18.04.2009  çempionat                      evdə     3:0
2009/10  25.11.2009  çempionat                      evdə     1:1
2009/10  29.11.2009  çempionat                      səfər    3:0
2009/10  11.04.2010  çempionat                      səfər    0:1
2009/10  15.05.2010  çempionat                      evdə     0:1
2009/10  23.05.2010  Kubok, final                    neytral 1:2
2010/11  02.10.2010  çempionat                      evdə     1:1
2010/11  27.11.2010  çempionat                      səfər    1:1
2010/11  02.04.2011  çempionat                      səfər    0:0
2010/11  27.04.2011  Kubok, 1/2 final, ilk           evdə    1:0
2010/11  04.05.2011  Kubok, 1/2 final, cavab     səfər    1:2
2010/11  13.05.2011  çempionat                      evdə     2:0
2011/12  21.10.2011  çempionat                      səfər    2:2
2011/12  21.12.2011  çempionat                      evdə     3:0
2011/12  19.03.2012  çempionat                      evdə     0:1



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail