Admir Teli: "Bizim üçün ən təhlükəli rəqib "Qəbələ"dir"

12.04.2012 | 5481 dəfə oxunub

"Qarabağ" aprelin 14-də "Qəbələ" ilə qarşılaşacaq. Stadium.az xəbər verir ki, bu, tərəflərin cari mövsüm kubok oyunlarını da nəzərə alsaq, 6-cı qarşılaşması olacaq. Geridə qalan 5 görüşün 4-də  bərabərlik  qeydə alınıb, 1 oyunda isə Ağdam təmsilçisi məğlub olub.

Sabah Qəbələyə yollanacaq komandanı bu dəfə də çətin sınaq gözləyir. "Qarabağ"ın müdafiəçisi Admir Teli klubun saytına oyun haqqında danışıb: "3 ildən çoxdur ki, "Qarabağ"dayam. Amma bu müddətdə cəmi 1 dəfə  "Qəbələ"ni məğlub edə bilmişik. O da ötən mövsüm Suraxanıda olub - 3:0. Deyərdim ki, bəlkə Azərbaycan çempionatında "Qəbələ"dən güclü olanlar var, amma bizə görə ən çətin rəqib "Qəbələ"dir. Futbolda belə şeylər olur.

Oyuna yaxşı hazırlaşmışıq. İnanıram ki, "Qəbələ" ilə oyunda sərfəli nəticə qazana biləcəyik.  Amma bu məqamda "Qəbələ"ni digər rəqiblərdən fərqləndirmirik. Final mərhələsində hər qələbə 3 xaldan daha dəyərlidir. "Qəbələ" son oyunlarda uduzduğuna görə meydana aqressiv çıxacaq. Hər halda avrokuboklara az da olsa ümidləri var. Amma bizim də uduzmağa haqqımız yoxdur. Düzdür, futbolda hər şey olur. 4-5 aydır məğlub olmuruq. Qəbələdə qələbə qazanıb həm uğursuzluğa son qoymaq, həm də iddiamızı qorumaq istəyirik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail