AFFA "Xəzər Lənkəran"la bağlı açıqlama verdi

12.04.2012 | 6702 dəfə oxunub

AFFA FIFA-nın "Xəzər Lənkəran"la  bağlı AFFA-ya və kluba ünvanladığı məktubla əlaqədar mövqeyini açıqlayıb. Stadium.az xəbər verir ki, bu barədə qurumun saytında yer alan məlumat aşağıdakı kimidir: 

FİFA-nın “Xəzər – Lənkəran” klubu ilə bağlı AFFA-ya və kluba ünvanladığı məktubla əlaqədar olaraq bildiririk ki, 13.10.2010-cu il tarixdə FİFA-nın Mübahisələrin Həlli Palatası “Xəzər Lənkəran” FK-nın futbolçu Romulo Silvano Silvaya 30 gün müddətində 114 000 (yüz on dörd min) ABŞ dolları ödəməsi barədə qərar qəbul etmişdir. Qərara əsasən, göstərilən məbləğ ödəniləcəyi vaxta qədər illik 5% cərimənin ödənilməsi də nəzərdə tutulmuşdur. 31.10.2011-ci il tarixdə FİFA-nın Nizam-İntizam Komitəsinin katibliyi borc ödənilmədiyi üçün kluba qarşı inzibati icraat işi başlamış və klubdan 21.11.2011-ci il tarixə qədər borcu ödəməyi tələb etmişdir. “Xəzər Lənkəran” FK 29.11.2011-ci il tarixdə FİFA-nın Nizam-İntizam Komitəsinə müraciət edərək hazırda borcu ödəmək üçün lazımi vəsaitin olmamasını əsas gətirib və ödəmə müddətini uzatmağı xahiş etmişdir. Bundan sonra FİFA-nın Nizam-İntizam Komitəsi 30.11.2011-ci il tarixdə klubun FİFA-nın hüquq orqanının qərarını icra etməməsi barədə məsələyə baxaraq aşağıdakıları qərara almışdır:
 
1. “Xəzər Lənkəran” FK FİFA-nın hüquq orqanının qərarının yerinə yetirilməməsində günahkar hesab olunsun.
2. “Xəzər Lənkəran” FK FİFA-ya 30 gün müddətində 15 000 (on beş min) İsveçrə frankı cərimə ödəsin.
3. “Xəzər Lənkəran” FK-ya borcun ödənilməsi üçün 30 gün vaxt verilsin.
4. Bu müddət ərzində borc ödənilmədiyi təqdirdə futbolçunun tələbinə əsasən klubun əsas komandasından 6 xal çıxılsın. Xalların çıxılması FİFA-nın tələbinə əsasən yerli assosiasiya tərəfindən həyata keçirilsin.

Bu qərar çıxarıldıqdan sonra “Xəzər Lənkəran” FK 09.02.2012-ci il tarixdə futbolçunun əsas borcunu və FİFA-ya ödəniləcək cərimələri ödəmişdir. Borc gec ödənildiyi üçün 7573 (yeddi min beş yüz yetmiş üç) ABŞ dolları məbləğində hesablanan faiz məbləği ödənilməmişdir. Faiz məbləğinin ödənilməməsi barədə futbolçunun agenti FİFA-ya 12.03.2012-ci il tarixdə müraciət etmiş və klubdan 6 xalın çıxılmasını xahiş etmişdir. Bu şikayət əsasında FİFA-nın Nizam-İntizam Komitəsi 29.03.2012-ci il tarixdə AFFA-ya müraciət edərək klubdan 6 (altı) xalın çıxılmasını və bu barədə FİFA-ya müvafiq sübutun göndərilməsini tələb etmişdir. FİFA tərəfindən AFFA və kluba ünvanlanan sonuncu müraciətdən sonra “Xəzər Lənkəran” FK 30.03.2012-ci il tarixdə əsas borca hesablanmış faizi də ödəmişdir. Borc tam ödənildikdən sonra AFFA FİFA-ya müraciət ünvanlayaraq klubun xallarının çıxılması barədə sanksiyanın tətbiq olunmamasını xahiş edib. Hazırda AFFA bu müraciətinə FİFA-nın cavabını gözləyir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail