Yunis Hüseynov: "AFFA bunun qarşısını ala bilərdi"

13.04.2012 | 7464 dəfə oxunub

FIFA-nın tələbi ilə AFFA İntizam Komitəsi tərəfindən 6 xalı silinmiş "Xəzər Lənkəran" komandasının baş məşqçisi Yunis Hüseynov məsələ ilə bağlı fikrini bölüşüb. Stadium.az saytına açıqlama verən Hüseynov təəssüf hiss keçirdiyini dilə gətirib:

"Xəbəri bir neçə dəqiqə öncə eşitdim və çox pis oldum. Həddindən artıq təəssüflənirəm. Deməyə söz tapa bilmirəm. Bu dəqiqə nə düşünməli olduğumu da bilmirəm. Hər halda, 2008-09-cu illərdə olmuş bir hadisə idi. Məncə, bunun qarşısını almaq olardı. Ən azı, cəza növbəti mövsümün əvvəlində həyata keçirilə bilərdi - yeni mövsümə - 6 xalla başlayası olsaq, belə təsir etməzdi. İndi isə vəziyyət çox çətin hal aldı. Mən bildiyimə görə, futbolçu özü də FIFA-ya müraciətində pulunu aldığını və şikayətini geri götürdüyünü bildirib. Amma qərar belə oldu. Düzdür, futbolda belə şeylər var, ancaq yenə də çox təəssüf edirəm".

Yunis Hüseynov daha sonra hazırda 4-cü sırada qərarlaşmış komandasının şanslarını da dəyərləndirib: "Açığı, bu dəqiqə düşündüyüm tək bir şey var ki, futbolçuları oyuna necə hazırlayacam?! Belə gərgin vəziyyətdə futbolçuları psixoloji cəhətdən oyuna kökləmək çox çətindir. Ancaq bunu bacarmalıyıq. Əlimizdən gələni edəcəyik. Qarşıda 5 oyun var. Düşünürəm ki, bu oyunlarda maksimum nəticə göstərsək, yenə də Avropa Liqasına vəsiqə qazana bilərik. Ancaq yenə deyirəm, belə vəziyyətdə futbolçuları oyunlara hazırlamaq çox çətin olacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail