"Xəzər Lənkəran" FİFA-ya apellyasiya verəcək

13.04.2012 | 4444 dəfə oxunub

“Xəzər Lənkəran” klubu FİFA-nın tələbi ilə AFFA İntizam Komitəsinin qərarından apellyasiya verəcək. Bu barədə “Xəzər Lənkəran” klubunun direktoru Höccət Hacıyev məlumat verib.

O, FİFA-nın Apellyasiya Komitəsinə şikayət edəcəklərini bildirib. Hacıyevin sözlərinə görə, AFFA FİFA-nın tələbini yerinə yetirmək istəyirdisə, növbəti mövsümə -6 xalla başlamalarına dair qərar verə bilərdi: “Biz AFFA-dan daha ədalətli qərar gözləyirdik. Amma bu mövsüm futbolçularımızın, bütün komandanın alın təri bahasına əldə etdiyi 51 xaldan 6-sı silindi. Əgər FİFA futbolçuların tərəfini saxlayırsa, bəs klubun mənafeyini kim qorumalıdır? Sabah “Xəzər Lənkəran” buraxılsa, FİFA 20-25 futbolçumuzun pulunu ödəyəcək?”

Klub rəsmisi vəziyyətin bu həddə çatmasında “Xəzər Lənkəran”ın özündə də günahın olduğunu inkar etməyib. Onun sözlərinə görə, məsələ araşdırılacaq və günahkarlar tapılaraq cəzalandırılacaq: “Mən işin bilavasitə içində olmadığımdan, konkret günahkarın kim olduğunu deyə bilmərəm. Yəqin ki, günahkarlar layiqli cəzalarını alacaqlar”. 



  #1   Adınız: VÜQAR;   E-mail: [email protected]

15.04.2012 23:16

Bu peşəkarlığın olmamasının təzahürüdür.

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail