Premyer Liqa: azarkeş sayı

14.04.2012 | 4180 dəfə oxunub

Azərbaycan Premyer Liqasında fevral ayında baş tutmuş XX və XXI turlar çərçivəsində 12 qarşılaşma keçirilib. Stadium.az xəbər verir ki, qarşılaşmaları ümumilikdə 13100 azarkeş canlı izləyib. 

“Simurq” klubu cəzalı olduğundan fevral ayı ərzində Zaqatalada keçirdiyi hər iki qarşılaşmanı boş tribunalar önündə oynayıb. Fevral ayında ən çox azarkeş isə XX turda “Xəzər Lənkəran”ın doğma meydanda AZAL-ı minimal hesabla məğlub etdiyi qarşılaşmada qeydə alınıb – 6500 nəfər. Ən az azarkeş isə XXI turun AZAL – “Turan” qarşılaşmasında müşahidə olunub – 200 nəfər.

Ümumilikdə XX turda 8600, XXI turda isə 4500 azarkeş stadionlara gəlib. Azərbaycan Premyer Liqasının fevral ayı ərzində hər oyununu orta hesabla 1091 azarkeş canlı izləyib.

Mart ayı ərzində isə beş tur keçirilib ki, bunlardan biri də təxirə salınmış XIX tur olub. Bundan əlavə XXII, XXIII, XXIV və XXV turların qarşılaşmaları da mart ayına təsadüf edib. Beş turda baş tutmuş 30 qarşılaşmanı 59600 azarkeş stadiondan izləyib. Ötən ayın ən çox azarkeş toplayan matçı XXIV turun “Xəzər Lənkəran” - “Bakı” qarşılaşmada qeydə alınıb – 9000 nəfər. XXIII turun “Sumqayıt”-“Rəvan” oyununu tribunalardan cəmi 100 azarkeş izləyib.

Mart ayı ərzində doğma azarkeşləri tərəfindən ən böyük dəstəyi “Kəpəz” klubu alıb. Belə ki, bu ayda Gəncə təmsilçisinin ev oyunlarını 15000 tamaşaçı izləyib.

Qeyd edək ki, XIX turda 11 100, XXII turda 13 800, XXIII turda 5 700, XXIV turda 18 700, XXV turda isə 10 300 azarkeş stadionlara gəlib. Ümumilikdə, Azərbaycan Premyer Liqasında mart ayı ərzində hər qarşılaşmanı orta hesabla 1986 azarkeş canlı izləyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail