AFFA Azərbaycan Premyer Liqasındakı danışılmış oyunları araşdırır

17.04.2012 | 4340 dəfə oxunub

UEFA tərəfindən Avropa futbolunun sağlam gələcəyini təmin etmək, şəffaf rəqabəti qorumaq, futbolda idman nəticələrinin manipulyasiyası və razılaşdırılmış oyunlar kimi neqativ halları aradan qaldırmaq üçün mütəmadi tədbirlər həyata keçirilir. Stadium.az xəbər verir ki, bu tədbirlərdən biri kimi 2011-ci ilin sentyabr ayında UEFA üzvü olan assosiasiyalarda idman nəticələrinin manipulyasiyası və razılaşdırılmış oyunlara qarşı mübarizə üzrə nümayəndələrin təyin olunmasını göstərmək olar. 

Həmin nümayəndələr bir sıra mənbələrdən, o cümlədən UEFA-dan daxil olmuş məlumatlar əsasında idman nəticələrinin manipulyasiyası və razılaşdırılmış matçlarla bağlı araşdırma aparır və bu araşdırmaların nəticələri barədə yerli assosiasiya rəhbərliyini və UEFA-nı məlumatlandırır. 

UEFA-nın ölkəmizdəki nümayəndəsi, AFFA-nın hüquqşünası Rəmiş Malıyev kuratorluq etdiyi sahə ilə bağlı görülən tədbirlərlə əlaqədar fikirlərini affa.az saytına bildirib. Onun verdiyi məlumata əsasən Premyer Liqanın bir sıra oyunlarının nəticələrinin də əvvəlcədən müəyyənləşdirilməsi barədə AFFA-ya məlumatlar daxil olub. 

Bunu araşdırmaq və şübhəli oyunları analiz etmək AFFA-nın Apelyasiya və Ekspert Komitəsinə tapşırılıb. Komitə tanınmış futbol mütəxəssislərini bu məsələnin araşdırılmasına cəlb edərək, onların rəylərini də nəzərə almaqla müvafiq qərar qəbul edəcək. Araşdırmalar başa çatdıqdan sonra nəticələr barədə AFFA-nın baş katibliyinə məlumat veriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail