"Azərbaycan-Qarabağ" erməniləri darmadağın etdi

02.11.2010 | 2218 dəfə oxunub

Futbolumuzun inkişafını Azərbaycandan başqa hər yerdə istəyirlər. Bu danılmaz fakt olduğu kimi, həm də sübuta yetirilmiş bir teoremdir. Artıq dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlılar top oyunumuzun bərbadlığını nəzərə alıb, bəzi tədbirlər görürlər. Elə Ukraynada olduğu kimi. Bayrağımızın dalğalanmasını istəyən və burda vətən həsrətini futbolla "öldürməyə" çalışan iş adamlarının komanda yaratdığı məlum idi. "Azərbaycan-Qarabağ" adlı futbol klubu 2-3 il əvvəl yaradılıb və burda gənc uşaqların top oyununa olan marağı ilə yanaşı, onların bəzi turnirlərdə iştirakı da təmin edilir. Komandanın yaradıcıları isə Feruz İbrahimov və Zubeyil Əliyevdir. "Azərbaycan-Qarabağ" komandası doğma arenada keçirilən turnirdə böyük uğur qazanıb. İlk olaraq Anqola, Gürcüstan və Çini mübarizədən kənarlaşdıran komandamız, bədnam qonşularımıza da futbol dərsi keçiblər. Erməniləri 4:0 hesabı ilə məğlub edən İbrahimov və Əliyevin yaratdığı komanda, yalnız finalda belaruslu həmkarlarına məğlub olublar - 1:2. Buna baxmayaraq, heyətində daha çox azərbaycanlı futbolçular olan "Azərbaycan-Qarabağ" çıxışını qənaətbəxş hesab etmək olar.

rn

 

rn

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail