Yaponların millimizə qarşı oynayacaq heyəti məlum oldu

18.05.2012 | 5407 dəfə oxunub

Azərbaycan yığması ilə yoldaşlıq oyunu keçirəcək Yaponiya millisinin heyəti açıqlanıb. Stadium.az xəbər verir ki, mayın 23-də baş tutacaq qarşılaşma üçün baş məşqçi Alberto Zakkeroni 23 futbolçuya dəvət göndərib.
 
Onların arasında “Borussia”dan (Dortmund) Şinji Kaqava, “İnter”dən Yuto Naqatomo, Moskva ÇSKA-sından Keysuke Honda, “Bolton”dan Rio Miyaiçi, “Stuttgart”dan Şinji Okazaki, “Schalke”dən Atsuto Uçida, “Wolfsburg”dan Makoto Hasebe, “Novara”dan Takayuki Morimoto kimi məşhur futbolçular var.
 
Qeyd edək ki, Yaponiya – Azərbaycan oyunu Şizuoka şəhərindəki “Ekopa” stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 15:15-də başlanacaq.
 
Qapıçılar: Eyji Kavaşima (Lyers, Belçika), Şusaku Nişikava (Sanfrekke Xiroşima), Şuiçi Qonda (Tokio);
 
Müdafiəçilər: Yuiçi Komano (Jubilo İvata), Yuzo Kurihara (Yokohama Marinos), Yuhey Tokunaqa (Tokio), Masahiko İnoha (Vissel Kobe), Tomoaki Makino (Urava Reds), Hiroki Sakai (Kaşiva Reysol), Atsuto Uçida (Schalke, Almaniya), Yuto Naqatomo (İnter, İtaliya);
 
Yarımmüdafiəçilər: Hideto Takahaşi, Ariajasuru Haseqava (ikisi də “Tokio”), Kenqo Nakamura (Kavasaki Frontale), Makoto Hasebe (Wolfsburg, Almaniya), Hajime Hosoqay (Augsburg, Almaniya), Keysuke Honda (CSKA Moskva, Rusiya);
 
Hücumçular: Rioiçi Maeda (Jubilo İvata), Genki Haraquçi (Urava Reds), Şinji Okazaki (Stuttgart, Almaniya), Takayuki Morimoto (Novara, İtaliya), Şinji Kaqava (Borussia Dortmund, Almaniya), Rio Miyaiçi (Bolton, İngiltərə).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail